Cəhənnəmin məqsədi möminlərin xoşbəxtliyidir. Allahın ədalətinin təcəlli etdiyini görüb xoşbəxt olmalarıdır. Cəhənnəm əhli ölü olaraq yaradılmış xüsusi məxluqdurlar.
(A9 TV; 16 dekabr 2017)
Tayyib hocam Quran müsəlmanıdır. Quranın kafi olduğunu müdafiə edən və bilən insandır. Eyni zamanda bizim zəngin mədəniyyətimizi, İslamı, Arvasiyi, İmam Rəbbanini, Şeyx Nazım Kıprısiyi və bütün böyüklərimizi əlimizdən almaq və sonra bomboş tarix yaratmaq istəyən münafiq hərəkata qarşı da çox diqqətlidir. Bunlar daha sonra bütün cəmiyyətləri və təriqətləri də hədəf alan kütlələrdir. İngiltərə dərin dövlətinin hiyləgər oyununu gördüyü üçün diqqətli hərəkət edir və bunu etməkdə çox haqlıdır.
(A9 TV; 16 dekabr 2017)
Qiyamətdən əvvəl yer üzündə dini əsər qalmayacaq. Quran göyə qaldırılacaq. Məscidlər meyxanəyə, əyləncə yerlərinə çevriləcək. Tək bir məscid qalmayacaq, məscidlər dağıdılacaq. Kəbə dümdüz ediləcək, təkcə ərazisi qalacaq.
(A9 TV; 16 dekabr 2017)
Münafiqlərin sayı az olar, lakin tərəfdarları çox olar. Kaftarların arxasında onlardan qalan artıqlarla qidalanan qarğalar kimi münafiq tərəfdarları da özlərinə mənfəət əldə etmə həvəsi ilə onların arxasınca gedib, murdar qoxularına dözüb iyrənc həyat yaşayarlar. Müsəlmanların ağıllarından, vicdanlarından istifadə edib, bu cür alçaldıcı vəziyyətə düşməkdən qətiyyətlə imtina etmələri lazımdır.
(A9 TV; 15 dekabr 2017)
İnsan Allahı dost olaraq sevməli və güvənməlidir. Allahı sirdaş tutmalıdır. Allahın onun sirlərini bildiyini bilməlidir, o da Allahın sirlərinə qısqanc olmalı, gizlətməlidir. Allaha həqiqi dost olmalıdır. Ən çətin vəziyyətdə, ən çıxılmaz vəziyyətdə qaldığı anda belə Allahı tərk etməməlidir. Allaha sədaqəti mükəmməl olmalıdır. O zaman Allah o insana dostlar, yoldaşlar şəklində sevgi kimi təcəlli edər, Allah onu təcəllilərinə sevdirər, sədaqət və vəfa göstərdər. Lakin insan Allaha qarşı sədaqət və vəfa göstərməsə, o zaman o təcəllilər bir anda onunla mübarizə aparan təsvirlərə çevrilər. Allah, Özü ilə mübarizə aparıldığı zaman, qullarını o insana müsəllət edər.
(A9 TV; 15 dekabr 2017)
Öldükdən sonra müsəlmanlar üçün narahatedici, sıxıntı verici heç bir təfərrüat olmayacaq. Allah axirətdə müsəlmana hər cür sıxıntını haram edir. Maddəyə qula zərər verməmək əmri verilir. Möminin ayağına çınqıl belə narahatlıq vermir. Buna görə də, möminin canının alınmasından dərhal əvvəl hüzurlu olması çox əhəmiyyətlidir.
(A9 TV; 15 dekabr 2017)
Gənclərin imani təhsilində ən böyük ehtiyac Quran möcüzələri və iman həqiqətlərindən çox başa düşülən şəkildə bəhs edilməsidir. Mühüm əhəmiyyətə malik bu məsələlərdən bəhs etməyib, sadəcə dini eposlardan bəhs edilməsi gənclərin imanında ciddi zəifləməyə səbəb olar.
(A9 TV; 15 dekabr 2017)
İman olduğu zaman, Allaha dərin sevgi, dərin bağlılıq olduğu zaman həyatda hər şey çox zövqlü olur. Əşyalar, yeməklər, geyimlər, dostluqlar çox zövqlü hala gəlir. Hər şey bir anda məna qazanır.
(A9 TV; 15 dekabr 2017)
Hal-hazırda dünyada yaşanan zülmlər ən yüksək səviyyəyə çatmış vəziyyətdədir. Suriya, İraq, Liviya, Əfqanistan, tamamilə yerlə-yeksan olmuş vəziyyətdədir. Digər Yaxın Şərq ölkələri də hər an dağılmaq üzrədir. Homoseksuallar küçələrdə əllərində bayraqları ilə rahat-rahat gəzirlər, yürüyüş keçirirlər. Darvinizm dünya miqyasında diktatura tərzində zorla qəbul etdirilməyə çalışılır. Bütün bunlara baxmayaraq, hələ də bir sıra şəxslər; “Dəccal yoxdur, müsəlmanlar hər yerdə hörmətlidir” deyə bilirlər. Bu da Dəccalın böyük həmlə etdiyinin göstəricisidir. Buna görə də, Tayyib hocamıza dəstək olmağımız çox əhəmiyyətlidir.
(A9 TV; 15 dekabr 2017)
Ruhu zəif olan insanlarda Dəccalın hipnoz qüvvəsi üstün gəlir. Dəccal qarşısındakı insanları bu formada maqnetik təsir altına alır, onları idarə edə bilməyə başlayır. Zaman keçdikcə də bu insanlar robotlaşır, Dəccalın bütün əmrlərini sorğu-sualsız yerinə yetirməyə başlayırlar. Dəccal adamlarına; “buranı bombala, burada qarışıqlıq törət” dediyi zaman dərhal edirlər. Lakin üstün xarakterli, güclü ruha sahib, aurası güclü olan şəxslərə Dəccalın təsiri olmur. Məsələn, hz. İsa (ə.s)-ın aurası çox güclüdür, buna görə də, Dəccalın heç bir təsiri olmur. Hz. Mehdi (ə.s)-ın da aurası güclü olduğu üçün Dəccal zərər verə bilmir. Mehdi tələbələrinin də aurası yüksək olur. Allahın onları zər aləmində yaratması, auraları güclü olacaq şəkildə. Buna görə də, Dəccal Mehdi (ə.s) 313 tələbəsinə də qətiyyən təsir edə bilmir. Lakin şeytan və Dəccal münafiqləri çox sürətlə təsir altına ala bilir, ruhları, xarakterləri və şəxsiyyətləri çox zəif və gücsüz olduğu üçün. Papanın bu gün şeytanla bağlı verdiyi açıqlamalar Dəccalın bu təsirindən xəbərdar olduğunun dəlilidir.
(A9 TV; 15 dekabr 2017)





