Qəlbində xəstəlik olanlar çalışqan, dürüst, səmimi möminlərlə əlaqə qura bilməz. Laqeyd, şikayətçi, Allahı zikr etməyən, qeyri-sabit, möminlərdən uzaq insanlarla birlikdə olmağı üstün tutarlar. Minlərlə nemət vardırsa, əleyhinə olan bir şey vardırsa, onu vurğulayar. Xoşbəxt olacağı minlərlə şey vardırsa, bir dənə anlaya bilmədiyi bir şey vardır, onun üzərində dayanar, ümumi üslubu həmişə mənfidir. Münafiqlərə qibtə etmə, onların xəbərlərini izləmə, şüur altında onların qalib gəlməsini istəmə vardır.

(A9 TV; 16 dekabr 2017)

Allah sevgisini biləni sevmək lazımdır. Büt sevən olsa, o fəlakət və əzaba dönər, Allah şirkdən mütləq intiqam alar. Dindarcasına, Allahı çox sevərək, Allahdan çox qorxaraq hərəkət etsən ehtirasın, eşqin qapısı açılar. Ehtirasın qapısı təkcə möminlərə açılar. Ehtirasdan alınan zövqün şiddəti insanın ağlı, imanı, Allaha yaxınlığı dərəcəsində artar.

(A9 TV; 16 dekabr 2017)

Seçim etməkdə çətinlik olmaz. Allah insanın vicdanına ən doğru seçimi ilham edər. “Ya Allah, bismillah” deyib Allahın ilhamına görə, vicdana uyğun olaraq seçim edib tətbiq etmək lazımdır. Allahın vicdana ilham etdiyi seçim, ən doğru və ən xeyirlisi olar. Taledəki seçimi Allah insana etdirər.

(A9 TV; 16 dekabr 2017)

Müsəlmanlar adətən diqqətini qəlbində xəstəlik olana verməz, lakin qəlbində xəstəlik olanlar adətən həmişə münafiqliyə sürüklənərlər. Bunlar əksəriyyətlə Allahı zikr etmək istəməyən, Allah yolunda xidmət etmək istəməyən, antisosial, möminlərdən uzaq dayanan insanlardır. Münafiqliyə sürüklənməyə başladıqları zaman üzlərində xoşagəlməzlik yaranar, insanda depressiyaya düşmə, tək qalma meyli olar və tez-tez ağlama meyli göstərər. Buna görə də, münafiqin çirkli doğuşuna səbəb olacaq hərəkətlərə də diqqət yetirmək lazımdır. Qəlbində xəstəlik olanlar bir-birilərinə güvənərlər, bir-birinin sirrini gizlədər, bir-birini qoruyar və bir-birilərini müsəlmanlar əleyhinə təhrik edərlər. Bunlar əksəriyyətlə passiv tiplərdir. Passivliklə müsəlmanları da passivliyə alışdırmağa çalışarlar. Bir problem olduqda müsəlman əleyhinə danışar, namərdliyə meyllidir dərhal müsəlmana cəbhə alar.

(A9 TV; 16 dekabr 2017)

Allahı unudan insan dünyanın ən təhlükəli heyvanı olar. Allah o varlığın üzünü dünyanın ən qorxunc heyvanı halına gətirər. Heç bir heyvan nursuz, imansız, ağılsız münafiq qədər çirkin və qorxunc olmaz. Münafiqlər buna görə məxluqların ən bərbadı, ən murdar, ən qorxunc olanıdır.

(A9 TV; 16 dekabr 2017)

İnsan Allahın fərqinə vardığı andan etibarən digər məsələlərin hamısı əhəmiyyətini itirər. Məktəb, iş, həyatın hər sahəsi zərurətdən ötrü maraqlandığı məsələlər halına gələr. Sonsuz güc sahibi varlıq səni alır, buraya gətirir, yeməyini, içməyini, danışmağını, nəfəs almağını təmin edir. O zaman əsas məsələ nə olar? Səni buraya gətirən olar. Yemək yeyər, lakin ağlı həmişə özünü bura gətirəndə olar. Allahı unudan insanın isə ağlı yox olar, nuru qalmaz, şüuru qapanar. İnsanları anormal hala gətirən Allahı unutmalarıdır. O zaman aqressiv, davakar, sevgisiz olurlar.

(A9 TV; 16 dekabr 2017)

Münafiq mövzusunu bağlayıb keçin, başqa mövzulara baxaq deyə düşünmək yanlış olar. Münafiqlə qarşılaşdığın zaman şeytanı yaxalamısan deməkdir. Şeytanı yaxaladığın zaman buraxmaq olmaz. Elmlə, irfanla şeytanın üstünə çökmək mühüm ibadətdir.

(A9 TV; 16 dekabr 2017)

Münafiq robot varlıqdır. Münafiqlərin mövcudluğu möminləri şövqləndirər, əzmkarlığını və fəallığını möhkəmləndirər, birlik ruhunu gücləndirər, daha gözəl iş görmələrinə vəsilə olar. Münafiqlər sayəsində möminlər oynanılacaq potensial oyunları daha yaxşı görər. Münafiqin mövcudluğu möminlərin elmi mübarizədə daha dərin düşünmələrini təmin edər. Münafiqlə elmi mübarizədə möminin üfüqü genişlənər, ağlı açılar, savabı birdirsə min olar.

(A9 TV; 16 dekabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)