Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər Roma hökmdarına məktub yazıb; “Məhəmməd vəfat etdi, indi hücum etsəniz müsəlmanları məğlub edə bilərsiniz” deyirdilər. Bir tərəfdən belə alçaqlıq edərkən müsəlmanları qoruduqlarını iddia edirdilər. Münafiq bu qədər axmaq və namərddir.

(A9 TV; 17 dekabr 2017)

Münafiq öz aləmində müsəlmandan daha müsəlman iddiası ilə ortaya çıxar. Peyğəmbərimiz (s.ə.v) dövründə, əzilən, şəhid edilən müsəlmanları xilas etmək üçün möminləri cihada çağırdığı zaman dərhal Peyğəmbərə axmaqcasına ağıl verirlər. Hətta haşa Allaha ağıl verirlər. Niyə onu Peyğəmbər olaraq göndərdin, Mədinənin daha zəngin birinə peyğəmbərlik verməli deyildin deyirlər.

(A9 TV; 17 dekabr 2017)

Səmimi olaraq müsəlmanların xilas olmasını istəyənin İslam Birliyinin fərz olduğunu söyləməsi lazımdır. Müsəlman ölkələrində həmişə yürüşlər keçirilir, iclaslar təşkil edilir. Lakin çox insan; “İslam Birliyini istəyirəm” deyə bilmir. Təkcə Tayyib hocam tez-tez İslam Birliyindən bəhs edir, müsəlmanları birlik olmağa çağırır. İslam Birliyi olsa nə Fələstin, nə Suriya, nə də İraqda, heç yerdə problem qalmaz. Qərb dünyasından biri çıxıb Suriya faktiki olaraq parçalanmışdır deyir. İslam aləmindən liderlər çıxıb; “nə parçalanması biz İslam Birliyini istəyirik” deyə bilmirlər. Saatlarla danışırlar, şüarlar atırlar, yürüyüşlər edirlər, söyləyəcəkləri təkcə 3 sözdür; “İslam Birliyini istəyirəm” deməlidir. Çoxu bunu deyə bilmir.

(A9 TV; 17 dekabr 2017)

Anadolu mövləviliyi dindar, 5 vaxt namazını qılan, təvazökarlığa və sevgiyə əsaslanan anlayışdır. Bizim tənqidimiz ingilis mövləviliyinə istiqamətlidir. İngilis mövləviliyi küfrü qanuniləşdirən, haram olan şərabı halal göstərən, homoseksuallığı müdafiə edən anlayışdır. Anadolu mövləviliyini qəbul edən biri, ingilis mövləviliyini heç vaxt qəbul etməz, heç bir müsəlman bunların heç birini müdafiə edə bilməz, müdafiə edərsə küfrə düşmüş olar. İngilis mövləviliyi İslamı aradan qaldırmaq üçün ortaya çıxarılmış fəlsəfədir.

(A9 TV; 17 dekabr 2017)

Qəlblərində xəstəlik olanlar və münafiqlər çox şübhəçidirlər. Münafiqlər həmişə haqsızlığa uğradıqlarını iddia edərlər. Münafiq elçiyə görə deyil, öz qəribə düşüncəsinə görə hərəkət etmək istəyər. Münafiqlər Peyğəmbərin haşa ədalətsiz olduğunu iddia edərlər. Lakin özləri oğurluq edən, cinayət işləyən, dələduzluq edən tiplərdir.

(A9 TV; 17 dekabr 2017)

Münafiqlər və qəlbində xəstəlik olanlar, möminlərin dinlərindən ötrü nemət itkisinə məruz qaldıqlarını iddia edərlər. Halbuki din insana həyatın bütün xoşbəxtliklərini gətirər. Lakin münafiq axmaq beyinlə dəyərləndirdiyi üçün bunu anlamaz. Mömin ağıllı və təvəkküllüdür. Qəlbində xəstəlik olan isə təvəkkülü ağıl olaraq görməz, həyatın reallıqlarına görə hərəkət etmək istəyər. Qoxumuş, saxtakar beyni ilə hadisələri ağıllı dəyərləndirdiyini düşünər. Gələcəyi qara-qara düşünər, necə tədbir alacağam deyər, bu axmaqlığı da ağıl zənn edər. Mömin isə Allah məni bu günə qədər necə gözəl yaşatdısa, bundan sonra da çox gözəl yaşadacaq deyər, təvəkkül edər.

(A9 TV; 16 dekabr 2017)

Qəlbində xəstəlik olanlar və münafiqlər Quranı deyil, həyatın reallıqlarını əsas götürərlər. Dünyada bir çox insan həyatın reallığına görə hərəkət etdiyi üçün bu vəziyyət münafiqlər üçün çirkli üstünlükdür. Qəlbində xəstəlik olanlar yalana çox meylli olarlar. Məsuliyyət almamaq üçün çoxlu yalan danışarlar. Üzlərində yalançı axmaqlığı və çirki var.

(A9 TV; 16 dekabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)