Azərbaycanın, İranın, Rusiyanın qapılarını açaq, blok dostluq paktı yaradaq. İngiltərə dərin dövlətinin iddiası; “İnsanlar bir-birini sevməz, həmişə müharibə istəyərlər, onları hissə-hissə bir-birindən ayırmaq lazımdır”. Biz sevgi və dostluqla birləşərək, qardaşcasına gözəllik içində yaşayaraq bu oyunu tamamilə pozaq.

(A9 TV; 17 dekabr 2017)

Əgər sıxıntı mineral çatışmazlığı, yorğunluq, az su içmək və ya yuxusuzluqdan irəli gəlirsə, buna qarşı fiziki tədbirləri almaq lazımdır. İmanı səbəbdən irəli gəlirsə insan Allah sevgisini, Allah qorxusunu, təvəkkülünü gücləndirməlidir. O zaman insan tez bir zamanda fərəhlik hiss edər.

(A9 TV; 17 dekabr 2017)

Axırzamanda yaradılmış olmaq çox böyük nemətdir. Həm Mehdini, həm İsanı görəcəyimiz dövrdəyik. Dəccaliyyətlə elmi mübarizəni bilavasitə görürük. Mehdiyyətin bütün əlamətlərini gördük. Peyğəmbərimiz (s.ə.v)-in Axırzaman möcüzələrinin reallaşdığını gördük. Peyğəmbər (s.ə.v)-i çox sevirik deyənlərin Peyğəmbərimiz (s.ə.v)-in möcüzələrini ört-basdır etməyə çalışdıqlarını gördük. Təbliğ üçün kommunikasiya və texnologiyanın çox inkişaf etdiyi dövrü gördük.

(A9 TV; 17 dekabr 2017)

Darvinistlərdən illərdir ki, təkamülü göstərən bircə fosil göstərmələrini istəyirik. Bu günə qədər tapılmış təxminən 700 milyon fosil var, bunların içində bir ədəd belə ara keçid fosili yoxdur. Ara keçid fosili yoxdursa təkamül də yoxdur. Təkamülün heç bir elmi dəlili yoxdur. Bircə zülal belə təsadüfən əmələ gələ bilməz.

(A9 TV; 17 dekabr 2017)

Hara baxsaq böyük mükəmməllik görürük. Allah, mövcudluğunu çox dəqiq, aydın və sarsıdıcı aydınlıqda göstərir. Bütün təsvir Allaha məxsusdur. Sevgini O yaradır. Gözəlliyi, dostluğu, gözəl iydən, gözəl yeməkdən zövq almağımızı O yaradır. Xoşbəxtlik verən hər şeyi bizə verən Allahdır. Hər şeyin sahibi olanla, haşa, heç ünsiyyətdə olmamaq çox böyük nankorluq olar.

(A9 TV; 17 dekabr 2017)

Şirk Allaha qarşı hörmətə heç yaraşmayan rəftardır. Hər şeyi edən Allah olduğu halda, heç bir gücü olmayan varlıqlara güvənmək çox böyük ağılsızlıqdır. Allah şirkin qarşılığını dərhal verər və insanı o büt qəbul etdiyi şeylə əzər, o bütü insan üçün mütləq bəlaya dönər.

(A9 TV; 17 dekabr 2017)

Münafiqlər axmaqca Allaha tələ qurduqlarını zənn edirlər. Allah onlara tələ quraraq illərlə İslama xidmət etdirir, gəncliyini, həyatını həsr etdirir, tam məhv etdikdən sonra boş banka kimi tullayıb atır. Münafiqlərin belə axmaq vəziyyətə düşməsi müsəlmanlar üçün sevinc vəsiləsidir. Münafiqlər tarix boyu həmişə axmaq vəziyyətinə düşüblər.

(A9 TV; 17 dekabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)