Bir insana dindən bəhs etmək üçün sevgiyə, dostluğa açıqdırmı deyə baxmaq lazımdır. Firona, Nəmruda dindən bəhs edildiyinə görə, hər insana dindən bəhs edilməsi lazımdır. Lakin qarşındakı insanın ağlının açıq olub-olmadığına, sabit olub-olmadığına baxmaq əhəmiyyətlidir.
(A9 TV; 18 dekabr 2017)
İran xalqı nur kimi tərtəmiz müsəlmandır. Bizim öz qardaşımızdır. Həyatları, dövlətləri hər şeyləri gözəldir. Allah dövlətlərini daimi etsin. Türkiyə ilə ittifaqları mübarək olsun. Allah dostluğumuzu möhkəmləndirsin, birliyimizi gücləndirsin. Rusiya, Azərbaycan bütün ölkələrlə ittifaq edərək bölgədə böyük İslam mədəniyyəti inşa edəcəyik inşaAllah. Biz nə müsəlman, nə xristian və musəvi qanı axsın istəyirik, bircə damla qan axmayan dünya istəyirik. Allah Mehdinin ətrafında toplaşmağı, İsa Məsihin mübarək tələbələri ilə birləşməyi, İslam Birliyinin bayrağı altında toplanmağı tezliklə nəsib etsin inşaAllah.
(A9 TV; 18 dekabr 2017)
Allahın icazəsi ilə 2019-cu ildə Tayyib hocamı yenə bu millətin başına lider seçəcəyik. Elə 52% səslə deyil, ən azı 70% səslə Respublikanın rəhbəri olacaq inşaAllah.
(A9 TV; 18 dekabr 2017)
Tayyib hocam bütün gücü ilə İslam aləminə sahib çıxmağa səy göstərir. Belə insanın şəxsinə dəstək verməmək vicdansızlıq olar. Siyasi müxalifət etmək olar, lakin milli lider kimi Tayyib hocamı dəstəkləmək vətən vəzifəsidir. Tayyib hocam müsəlmanlara bu qədər xidmət etdiyi halda, Tayyib hocamı zəiflətməyə çalışan bəzi camaatlar nankorluğun, xəyanətin, vəfasızlığın lüğəvi mənasının nə olduğuna açıb baxsınlar. Tayyib hocam bu vicdansızlığı edənlərə heç əhəmiyyət vermədən İslam Birliyi çağırışı etməyə davam etsin. 313 dəfə İslam Birliyini gündəmə gətirsin.
(A9 TV; 18 dekabr 2017)
Tayyib hocamın hər danışığı müsəlmana yaraşan şəkildədir. Ən mühüm mövzuları vurğulayır. Mükəmməl hikmətlə həmişə İslam Birliyi çağırışı edir. Hər danışığı kitab olacaq xüsusiyyətdədir maşaAllah. Bəzi camaatlar, Tayyib hocamın müsəlmanlara nə qədər böyük xidmət etdiyini unudurlar. Müsəlmanların güvən içində yaşamasına, fəxrlə mən müsəlmanam deməsinə şərait yaratdı. Bu gözəl xidmətini unutmaq çox böyük vəfasızlıq olar.
(A9 TV; 18 dekabr 2017)
Allahı zikr etməklə nicat tapmaq üçün tam səmimi itaətlə Allaha bağlanmaq lazımdır. Əks təqdirdə insanların xoşbəxt olması qeyri-mümkündür. Nicat tapmaq və xoşbəxtlik üçün Allaha qəlbən təslim olmaq, Allaha tam bağlanmaq əsas şərtdir.
(A9 TV; 17 dekabr 2017)
Zər aləmində Peyğəmbərimiz (s.ə.v) Mehdini də, Mehdi tələbələrini də görmüşdür. Meracda da Mehdini görmüşdür. Buna görə də, Mehdi eyni zamanda Peyğəmbərimiz (s.ə.v)-in məsum olan səhabəsidir.
(A9 TV; 17 dekabr 2017)
Siqaret çox zərərlidir, lakin qadınlara xüsusilə heç yaraşmır. İnsanın öz əli ilə özünü zəiflətməsi, zərər verməsi, çirkinləşdirməsi heç ağlabatan deyil.
(A9 TV; 17 dekabr 2017)
Təbliğ edən insanın xarici görünüşü, mehribanlığı, keyfiyyəti, mədəniyyət anlayışı çox əhəmiyyətlidir. Məsələn, Şeyx Nazım sultanımız sadəcə rəftarı ilə minlərlə insanın imanına və İslama yaxınlaşmasına vəsilə olmuşdur.
(A9 TV; 17 dekabr 2017)
İnsanın özünü inkişaf etdirə bilməsi üçün ruhunu tanıması, dünyanı anlaması lazımdır. Bunun üçün də din lazımdır. Din olduğu zaman dəyişən şəxsiyyət olmaz. Sabit, ağıllı, düzgün irəliləyən şəxsiyyət olar. Beləliklə, insan həmişə özünü inkişaf etdirə bilər. Başqa cür olduqda həyatında həmişə dəyişiklik olacağı üçün özünü inkişaf etdirməyə diqqətini yönəldə bilməz, həmişə başqa dərdlərlə məşğul olmaq məcburiyyətində qalar.
(A9 TV; 17 dekabr 2017)





