Türkiyə, Səudiyyə Ərəbistanı ilə İranın arasını düzəltsin, iki qardaş ölkəni uzlaşdırsın. Bütün gücümüzlə bu gözəllik üçün səy göstərək. İki tərəf də tək olan Allaha iman edir, Peyğəmbərimiz (s.ə.v)-ə itaət edir, eyni qibləyə dönüb namaz qılır. Dava edəcək heç nə yoxdur. Müsəlmanlar qardaşdır. Səudiyyə Ərəbistanı və İran iki güclü İslam ölkəsi dost olsa İslam Birliyinin ilk güclü addımı atılmış olar.

(A9 TV; 18 dekabr 2017)

Cənnət əhli Quranla birlikdə yaradılmışdır. Mömin həmişə Quranla birlikdə yaradılar. Quran mömini tərk etməz. Hara getsə yanında Quran olar. Quran, mömin, iman, cənnət birlikdə yaradılar. İnsanlar ayrı-ayrı hissələrin birləşdiyini zənn edir. Belə deyil, hamısı bütöv olaraq birlikdə yaradılmışdır.

(A9 TV; 18 dekabr 2017)

Gənclərin zehninin açılacağı şən mühitlər olması əhəmiyyətlidir. Gecə-gündüz dərs çalış, evə gəl internetə bax, bir az televizora bax, səhər qalx təkrar avtobus növbəsinə gir, gənclərin sevincini əlindən alan həyat olmamalıdır. Əyləncə gənclərin zehnini açan gözəllikdir. Gənclər dost olmalıdır, yoldaş olmalıdır, yaxşılığı, keyfiyyəti görməlidir, gözəl şeylər görməlidir, dolu-dolu yaşamalıdır. Bunlar hökmən pul tələb edən şeylər deyil, qəlb işidir bunlar. Əyləncə ruhun qidasıdır. Əyləncə, sevinc, fəallıq, sevgi olmadığı zaman gənclərin zehinləri qapanar, dəriləri və sağlamlıqları da pozular. Gənclərin əylənməsi, gülməsi, fəal, şən olması milli məsələ olaraq müzakirə olunmalıdır.

(A9 TV; 18 dekabr 2017)

Möminin şeytanla açıq olaraq elmi mübarizəsi üçün münafiqin mövcud olması əsas şərtdir. Şeytan, iyrənc, alçaq məxluqun bədənindən istifadə etməyə başladığı zaman ona münafiq deyirik. Münafiq danışdığı zaman şeytanın səsini eşidirik, şeytanın məntiqini görürük. Mömin münafiqlə elmi yolla mübarizə apararkən bilavasitə şeytanla mübarizə aparmış olar. Münafiqlə elmi mübarizə ən yüksək savabı olan mübarizədir, çünki dəccaliyyətlə hərarətli elmi mübarizədir.

(A9 TV; 18 dekabr 2017)

Müsəlmanın şəfqəti, mərhəməti, səbri, gözəl əxlaqı açıq olar. İbadəti açıq olar. İbadət gizli olan yanlış fəlsəfədir. Müsəlman namazı, orucu, zəkatı, gözəl əxlaqı, sevgisi, mərhəməti, şəfqəti ilə nümunə olmalıdır. İbadəti açıq yerinə yetirmək hal ilə təbliğdir. İnsanlıq deyə ayrı bir din yoxdur. Allahın endirdiyi haqq din var.

(A9 TV; 18 dekabr 2017)

Müsəlmanın dindarlığını göstərməsi insanları təşviq etmək üçün əhəmiyyətlidir. Müsəlman açıq-aydın namaz qılmalıdır, açıq-aydın oruc tutmalıdır, açıq-aydın təbliğ etməlidir ki, bütün bu gözəl ibadətlərin yerinə yetirilməsini təşviq etməlidir. Allah dini kütləvi yaşanacaq şəkildə yaratmışdır. Dindarlıq gizli olar məntiqi, dini yaşamayan və ya yaşamaq istəməyən insanların, dini xatırlamamaq və dini yaşamadığını gizlətmək üçün yaratdıqları fəlsəfədir. Halbuki dinin açıqca yaşanması hal ilə təbliğdir.

(A9 TV; 18 dekabr 2017)

Mehdi zühur etməyəcək deyənlər, İslam aləmi birləşsin də deyə bilmirlər. İslam aləmi birləşdiyi zaman başında mənəvi lider olacağı üçün sel kimi qan axdığı, müsəlmanlar mərhəmətsizcə əzildiyi və bu qanı dayandıracaq yeganə həll yolunun da İslam Birliyi olduğunu bildikləri halda, İslam aləmi birləşsin deyə bilmirlər.

(A9 TV; 18 dekabr 2017)

Mömin üçün rahatlıq canının alınmasında başlayar sonra qüsursuz rahatlıq vardır. Ölümdən sonra mömin üçün narahat olacağı, həyəcan duyacağı heç nə olmaz. Narahatlıq yaşayacaq olan təkcə küfr əhlidir. Cəhənnəmin mövcudluğu möminlərin Allahın ədalətini görməsi və bu ədaləti görməkdən ötrü sevinməsi üçündür.

(A9 TV; 18 dekabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)