Topqapı sarayında uyğun bir yer Osmanlı stilində dekorasiya edilib prezident bürosu halına gətirilə bilər. Tayyib hocam da İstanbula gəldiyi zaman, orada qarşılamağımız gözəl olar. Bunu ənənə halına gətirək. Tayyib hocam orada olsun, xalqımız da gəlsin, mehtər dəstələri də təşkil edək. Tayyib hocamızı Topqapı sarayında ayaqda mehtər musiqisi dinləyərkən görmək istəyirik. Hətta Tayyib hocamızın gedəcəyi yerlərə mehtər musiqisi altında getməsi də ona çox yaraşar.

(A9 TV; 22 dekabr 2017)

Tayyib hocama millət olaraq çox güclü sahib çıxmağımız lazımdır. Tayyib hocam bütün dünyada İngiltərə dərin dövlətinə açıq-açıq meydan oxuyan, siyasət aləmindəki tək mərd adamdır. Bütün dünya da Tayyib hocamdan cəsarət alır. Tayyib hocamız aslandır, xalis dəliqanlıdır. Allah razı olsun, hörmətli Dövlət Bahçeli Tayyib hocamıza çox gözəl qol-qanad açır. Çox doğru edir. Böyük Birlik Partiyası da hörmətli prezidentimizə dəstək olub sahib çıxır, onlara da təşəkkür edirik. Millət olaraq Tayyib hocamızın yanında olmağımız əsas şərtdir. Xüsusilə bu dövrdə Tayyib hocama dəstək olmaq hamıya fərzdir.

(A9 TV; 22 dekabr 2017)

2023-cü ildən 2071-ci ilə qədər Türkiyədə yaxşıya doğru yüksəliş davam edəcək. 2071-ci ildən sonra irəliləyiş bir az zəifləyəcək və 2082-ci ilə qədər də o şəkildə davam edəcək. Tayyib hocamız da 2023 və 2071-ci illərə diqqət çəkir. Bu tarixlər mehdiyyətin tarixləri, Bədiüzzamanın işarə etdiyi tarixlərdir. 2023-cü il münafiq zehniyyətin də tamamilə zərərsizləşəcəyi tarixlərdir.

(A9 TV; 22 dekabr 2017)

Dini yaşayan insan istiqrarlı olar, ağlı açılar, bərəkəti artar, həyatı gözəlləşər. Sağlamlıq qazanar, cəsur olar, səbirli olar, mühakimə qabiliyyəti inkişaf edər. Sevginin həqiqi ölçüsünü görər, səthi sevgidən həqiqi sevgiyə keçər insan. Cənnət nemətləri yavaş-yavaş insana verilməyə başlayar. İnsanın sağı, solu, önü, arxası hər yeri xeyir olar. Ruhunda, həyatında bərəkət yaranar. Allah insanı Müqəddəs Ruhla dəstəkləyər. Təbii ki, Allah bu nemətləri insanda hiss edilməyəcək şəkildə yavaş-yavaş artırar. Mömin olmaq dünyanın ən böyük nemətidir.

(A9 TV; 22 dekabr 2017)

Peyğəmbəri mistik varlıq kimi görmək istəyənlər cahil əxlaqdan əl çəkməyənlərdir. Münafiqlər də bu ağlı zəif insanlardan istifadə edərlər. Peyğəmbəri mistik varlıq kimi görən və ağlı zəif olana, münafiqlərin Peyğəmbər haqqındakı böhtanları çox tez təsir edər. Məsələn; “Məhəmməd də bizim kimi insandır, niyə ona tabe oluruq?” deyirlər. Bu cahil olanlara dərhal təsir edir; “həqiqətən bunu heç düşünməmişdik, o da bizim kimi insandır, niyə ona itaət edək” deyirlər, dərhal Quranın məntiqindən uzaqlaşırlar. Belə zəif olan insanları Quranla tərbiyə etmək əhəmiyyətlidir.

(A9 TV; 21 dekabr 2017)

Tayyib hocam əleyhinə antidemokratik üsullar planlaşdıranlar özlərini parçalasalar belə heç bir nəticə əldə edə bilməzlər. Tayyib hocamın görünən və görünməyən çoxlu dəstəkçisi var. Heç kim boşuna xəyal qurmasın.

(A9 TV; 21 dekabr 2017)

Ən təsirli izahat sevgi ilə olar. Xalis bilgi ilə izahat bir çox insanda çoxbilmiş üsluba səbəb olar. Belə insanlar bilgilidir, lakin saman torbası kimidirlər. Sevgisiz, qəddar, eqoist, kinli, ruh xəstəsi və yalançı şəxsiyyəti olan insan nə qədər bilgili olsa da söylədiyi təsirli olmaz.

(A9 TV; 21 dekabr 2017)

Bəndə mütləq doğru diaqnoz qoyar, ədalətin yaxşısını bilər deyə bir şey yoxdur. Ədaləti ən yaxşı bilən Allahdır. Allah bir məsələdə hökm verdiyi zaman onu qəbul etmək qulluğun ən mühüm xüsusiyyətidir.

(A9 TV; 21 dekabr 2017)

Münafiq cahil üslubu ilə danışar, bu cahil üslubunu görən bəzi cahillərə bu çox təsir edər. Münafiq Peyğəmbəri müqəddəs görməməyi cahil olanlara aşılayar. Münafiqin cahilanə, axmaqca və hörmətsiz danışıqları cahil və şəxsiyyətsiz insanlara çirkin cəsarət verər. Bunlar əsasən Peyğəmbəri zehnində bütləşdirərək ucaltmış olduğundan, ağılı güclü olmadığından dərhal Peyğəmbərlə əlaqəsi qopar və münafiqlərin tərəfinə keçərlər.

(A9 TV; 21 dekabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)