Allah bizim sərbəst olmağımızı, cənnətdəki kimi yaşamağımızı istəyir. Allah ayədə buyurur ki, Allah sizə sıxıntı verib neyləsin? Amma buddist inancında da, köhnə inanclarda da sıxıntı vermək, özünə acı çəkdirmək Allaha yaxınlaşmağın bir yolu hesab edilir.

(A9 TV; 21 İyun 2013)

İslamda qadağalar barmaqla sayılır. Halalları saymağa cəhd etsən ömrün çatmaz. Haramları saymaq isə barmaqla sayılacaq qədərdir. Halalların sayı-hesabı yoxdur.

(A9 TV; 21 İyun 2013)

Dövlətlərlə dindarlığın təmin edilməsi mümkün deyil. Dindarlıq mehdiyyətlə təmin edilər. Dindarlıqla da gələn sistem, gələn ruh sevgidir. Yəni mehdiyyət bol sevgi, mərhəmət, şəfqət, anlayış, şirinlik, üfüq genişliyi, sənət, elm və ictimai ədalət gətirər.

(A9 TV; 21 İyun 2013)

 Azadlıq fərahlıq və bərəkət gətirər. Yəhudiyə də, xristiana da, dinsizə də sahib çıxmaq lazımdır. Belə liberal, fərah, gözəl mühit olsun. Belə mühitdə çox zəngin, tam dolğun din anlayışı hakim olar. Dünyəvilik dinin özündə olan sistemdir.

(A9 TV; 21 İyun 2013)

Təzyiq etdikcə insanın qüruru alt-üst olar. İçməyən adama içki içirər, namaz qılan adamı namazdan uzaqlaşdırsan, nə cür hadisə desən başına gələr. Yəni təzyiq insanın tarazlığını pozar.

(A9 TV; 21 İyun 2013)

İsraildə dini təmizləməyə çalışsan, Yaxın Şərqdə də dinə zərər gələr, Allah əsirgəsin. İsrailin dindarlığı bütün bölgəyə nümunə oldu. Misirə, Fələstinə nümunə oldu. Onlar da dindar oldular.

(A9 TV; 20 İyun 2013)

Ən çox savab imanını artıraraq qazanılır. Yəni əgər sən savabının artmasını istəyirsənsə, səmimiyyətini çox artırmalısan, çox- çox savab qazanarsan. Səmimiyyətə bağlı olaraq imanını çox artırsan ondan da çox savab qazanarsan. Ən çox savab buradadır.

(A9 TV; 20 İyun 2013)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)