Bir millət kimi biz, sevgidə, mərhəmətdə, şəfqətdə, ictimai ədalətdə, imanda, hər cür gözəllikdə böyüklük sevdasındayıq. Buna görə torpaqlarımız da kiçik ola bilməz. Kiçik bir ölkədə yaşamaq olmaz. Türkiyə bölgədə mərkəz mövqeyində olduğu üçün ərazi baxımından da böyük olmalıdır.

(A9 TV; 23 İyun 2013)

4 böyük komandanın tərəfdarları çox böyük və dinamik gücdürlər. Tərəfdarlar digər komandanın tərəfdarlarına şəfqətlə yaxınlaşsınlar. Məğlub olsalar da, qalib gəlsələr də, yenədə tərəflər bir-birilə mehriban olsunlar. Hətta müxtəlif komandalar və tərəfdarlar bir yerdə yığıncaqlar, dostluq yeməkləri təşkil etsinlər. Çox gözəl olar.

(A9 TV; 20 İyun 2013)

Bir yer sırf kürdün və ya sırf lazın idarəsində olmaz. Millət olaraq laz, kürd, türk, çərkəz həmişə qarışıq bir yerdə olmalıdır. Bəziləri genetik ayrılıq istəyir. Biz parçalayan fitnə istəmirik. Bütün Türkiyə bizimdir. Hər yerə qarışıq səpələnək, yayılaq. Hər hansı bir yerdə irqə əsaslanan sıxlaşma olmasın.

(A9 TV; 20 İyun 2013)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)