Ən şiddətli döyüşdən belə çıxış yolu tapmaq mümkündür. Müəyyən müdaxilələrlə savaş dayandırıla bilər.
(A9 TV; 23 İyun 2013)
Əvvəl ayrıldıqlarımızla bir yerə gələcəyik: Yunanıstana, Bolqarıstana çatana qədər hamısı ilə birləşəcəyik. Mərakeş, Tunis, Əlcəzair, Liviya, Misir hər biri ilə birləşəcəyik.
(A9 TV; 23 İyun 2013)
Səadət partiyası klassik Osmanlı ruhunu daşıyan, Ortodoks İslamı təmsil edən isti yuva, xoş yerdir. Mütləq olmalıdır.
(A9 TV; 19 İyun 2013)
CHP bir ovuc kommunistin təlqin və tövsiyələrinə məhəl qoymasın, xalqın ümumi meyli nədirsə onunla uyğunlaşsın. Müasir, mehriban, Atatürkçü cəhətləri ilə güclü olan iqtidara gəlsin, inşaAllah.
(A9 TV; 22 İyun 2013)
Çadralı və başı açıq xanımların bir qismi arasında nifrət mütləq yox edilməlidir. Müsəlman hz. Məryəm kimi həlim olmalıdır.
(A9 TV; 22 İyun 2013)
Türkiyə Avropa böhran içində ikən ən bərəkətli ölkədir. İqtisadiyyatına görə ən sağlam ölkədir. Xarici və daxili ticarətdə mütənasib, tarazlı vəziyyəti vardır. Bu da AK partiyanın sayəsində mümkün olmuşdur. AK partiyası vəsilə oldu.
(A9 TV; 22 İyun 2013)
Keyfiyyət daim artırılmalıdır. Bir insan “mükəmmələm”, “çox yaxşıyam” deyə bilməz. Hər şeydə keyfiyyət, azadlıq insanın içini açar. İnsanlar müasir insanı sevirlər.
(A9 TV; 22 İyun 2013)
Mehribanlığı daha çox artırıb insanların içində pis ruhlu olanları utandırmaq lazımdır. Məsələn, bir mövzunu tənqid edirlərsə, onun on qat artıq gözəl cavabını vermək lazımdır.
(A9 TV; 22 İyun 2013)
Mənim Tayyib bəyə tövsiyəm odur ki, müasir həyat tərzinə, müasir insanlara, müasirliyə dəstəyini açıq şəkildə göstərsin. Çünki bütün Avropa, Amerika müasirdir. Müasirliyi dünyanın hər yerində sevirlər.
(A9 TV; 22 İyun 2013)
Ələvi qardaşlarımızı çox sevsinlər. Onlar canımızdır, çox gözəl insanlardır, mehribandırlar, xurafatçılığa qarşıdırlar. Üfüqləri genişdir. Dünyəviliyi müdafiə edərlər. Dində təzyiqi qəbul etməzlər. Hər tərəfli mükəmməl insanlardır.
(A9 TV; 21 İyun 2013)





