Bölünərsə xoşbəxt olacağını zənn edənlər var. Fəlakət burdan başlayır. Nicatınızı kəsərlər, bir nəfər də kürd buraxmazlar. Əvvəl kürdü türkə, türkü kürdə qırdıracaqlar.

(A9 TV; 29 İyun 2013)

Kürdcəni folklor, dil olaraq qorumaq istəyirsənsə bu yaxşıdır, xoşdur. Hər yerdə kurs açaq, dövlət hər yerdə ödənişsiz kurs açsın. Məktəblərdə seçməli dərs olaraq kürdcə dərs keçirilsin. Amma rəsmi dil türkcədir, əksinə olmaz.

(A9 TV; 29 İyun 2013)

Mehriban, sevgi dolu polis bölmələri təşkil olunmalıdır. Polis bölməsinin ruhunu dəyişdirmək lazımdır. Polis bölməsi turistik təsisə dönməlidir. Polis bölməsinin restoranı, bazarı, kitabxanası olsun. Tək məqsədi dürüst, yaxşı insanları qorumaq olsun, belə fəaliyyət göstərsin.

(A9 TV; 29 İyun 2013)                 

İlluminati olan massonluq Adonayı (massonların lideri) gözləyir. Dünyanın sonlarına doğru massonların lideri olaraq bir insanın gələcəyinə, onun adının da Adonay olacağına inanırlar. Adonayın ətrafında toplanıb, dünyada tək din meydana gətirib bütün dünyanın xoşbəxt olmasını təmin edəcəklərinə inanırlar.

(A9 TV; 28 İyun 2013)

Hz. Mehdi (ə.s) vəhşi kapitalizmin əleyhinədir. Quranda vəhşi kapitalizm tənqid olunur. Allah Quranda vəhşi kapitalizmin azğınlığını izah edir və malın bərabər paylanmasını əmr edir. Bu isə vəhşi kapitalizmin sonudur.

(A9 TV; 28 İyun 2013)

Bütün güc Allahındır. Sülh, dostluq təmin edilməyəcək şey deyil. Amma son dərəcə xoş niyyətli olmaq, öz mənfəətini güdməmək lazımdır. İki tərəfin də mənfəət ehtirası varsa mütləq döyüş yaranar. Mehdiyyət mənfəətsiz olduğu üçün, səmimi olduğu üçün sevgi ilə hər şeyi həll edə bilir.

(A9 TV; 23 İyun 2013)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)