Sevgi dünyanın yaradılış məqsədidir. Sevgi yoxdursa siyasətin də, həyatın da bir mənası olmaz. Allah dünyanın məqsədini sevgidə yaratmışdır. Allah “Məni sevin, Mən də sizi sevim” deyir. Bütün sistem bunun üstündə qurulub. Sevgi yoxdursa, heç bir şeyin mənası qalmaz.
(A9 TV; 20 İyun 2013)
Fənərbaxça, Beşikdaş, Qalatasaray tərəfdarları ―onlar da bir-birlərini çox sevsinlər. Döyməyə, söyməyə, kəsməyə, asmağa, təhqirə nə ehtiyac var? Bu dəhşət iman zəifliyindən qaynaqlanır. Futbol komandası tərəfdarlarına sevgi, mərhəmət, şəfqət baxımından təhsil vermələri lazımdır. Hər yerdə xüsusi söhbətlər təşkil edilməlidir. “Sevgi günləri” adlı gün təşkil etmək lazımdır. Bir-birilərinə isinmələri üçün yığıncaqlar təşkil etmək lazımdır.
(A9 TV; 20 İyun 2013)
İmtahan o qədər əhəmiyyətlidir ki, imtahan verməsək cənnət mənasız olar, Allah göstərməsin. Bu, çox mühüm məsələdir. Sevgi öz mənasını tapır. Çünki sevgini öyrənmək lazımdır. Səbir, şəfqət yoxdursa, kainat mənasız olur.
(A9 TV; 20 İyun 2013)
Bərat qandili bütün İslam aləminə mübarək olsun. Allah bütün müsəlmanlara hakkəl-yakin iman, peyğəmbər imanı versin. Mehdiyyətin qərarı, İslam Birliyinin qərarı, inşaAllah, bu gecə verilər.
(A9 TV; 23 İyun 2013)
Baş nazirin soyğunçudan qəsdi, polisə hücum edən, yandırıb yıxan, qan tökmək əzmində olan kəslərdir. Əbəs yerə kimsə özünü soyğunçu elan etməsin. Bu mövzuda edilən zarafatları da qədərində etmək lazımdır. Bir zarafat yüz dəfə, min dəfə edilməməlidir.
(A9 TV; 23 İyun 2013)
Avropada sənət məhv olub, hal-hazırda məzardakıların sənəti yaşayır. Başqa sənət yoxdur. Biz Türkiyə olaraq canlı, diri sənət tətbiqinə keçək. Türkiyə: İstanbulu, Ankaranı sənət mərkəzi edək.
(A9 TV; 23 İyun 2013)
Ölkələrlə mehriban və uyğunlaşan bir siyasətlə əlaqə qurmaq lazımdır. Məsələn, Əsəd əvvəlcədən razılaşmalı idi. Baş verənlər uzun müddət seyr edildi. Amma yenə gec deyil. Ən şiddətli döyüşdə belə aranı sakitləşdirmək mümkündür. Elə bir məsələ yoxdur ki, orada çıxılmaz vəziyyət olmasın.
(A9 TV; 23 İyun 2013)
Tayyib bəy müasirliyə, sənət sahəsinə daxil olsun. Bütün dünyaya nümunə olsun.
(A9 TV; 23 İyun 2013)
Mənfəət dövrəyə girən kimi döyüş başlayır. Əslində isə mənfəət güdülməməlidir. Hər yaxşılıq Allah rizası üçün edilməlidir. Mehdiyyət hər şeyi qarşılıqsız, sevgi ilə, Allah rizası üçün edər.
(A9 TV; 23 İyun 2013)
Mən İslam Birliyinin əleyhinə olan heç kimi və heç bir ölkəni dəstəkləmirəm.
(A9 TV; 23 İyun 2013)





