Türk milləti dünyanın bəzəyi və gözəlliyidir. Mübarək millətdir.
(A9 TV; 2 İyul 2013)
Hər fikir azad olmalıdır. Təzyiq beynin uyğunlaşmasıdır. İnsan təzyiq altında olduğu müddət ərzində ziyana uğrayır.
(A9 TV; 2 İyul 2013)
Mehdiyyətdən bəhs etməkdən çəkinmək lazım deyil. Heç kim buna etiraz etməz. Çünki mehdiyyət hər inanca mənsub insan üçün qurtuluş olduğu kimi dinsizlər üçün də bir qurtuluşdur.
(A9 TV; 2 İyul 2013)
Qatı dinçilər dünyada cəhənnəmi yaşayırlar. Buna baxmayaraq dünyada bu qədər tərəfdar toplamaları çox təəccüblüdür. Amma çox yerdə insanlar olduqları mühitin təzyiqi ilə qəbul edirlər.
(A9 TV; 1 İyul 2013)
Marksizmlə, PKK ilə mübarizə ağılla, fikirlə olar. Mehdiyyət elmlə, mədəniyyətlə dəccaliyyəti təsirsizləşdirir.
(A9 TV; 1 İyul 2013)
Kürd qardaşlarımızın saçının telinə belə zərər gəlməsini istəmərik.
(A9 TV; 1 İyul 2013)
Qatı dinçiliklə heç bir nəticə əldə etmək olmaz. Qatı dinçi olan zehniyyət dünyanın hər yerində məğlub olur.
(A9 TV; 1 İyul 2013)
Bədiüzzaman həzrətləri son 1300 ilin ən böyük alimidir. Dünyanın ən mükəmməl insanlarından biridir. Ona deyilən hər pis söz sahibinə aiddir.
(A9 TV; 1 İyul 2013)
Türkiyəni bölməyə, yox etməyə çalışmaq, dünyanı yox etməyə çalışmaqdır. Qiyamət qopacağını, bütün dünyanın yox olacağını bilsək, yenə cənub-şərqdən bir qarış torpaq vermərik.
(A9 TV; 1 İyul 2013)
Mütləq yaxşılar və pislər olacaq. Yaxşılarla pislər mübarizə edəcək, amma pislər məğlub olacaq. Yaxşılar isə qalib gələcək. Onlar cənnətə hazır, öyrədilmiş vəziyyətdə gedirlər. Sevginin, şəfqətin, mərhəmətin, estetikanın, gözəlliyin, keyfiyyətin insanları olaraq cənnətdən həzz alarlar. Əgər insan bu təhsili almasa, cənnət onun üçün bir şey ifadə etmir.
(A9 TV; 29 İyun 2013)





