İnsan öldüyü anda axirətə keçər. Əbədi yuxu deyə bir şey yoxdur. İnkar edənlərin canı alınarkən heyrətamiz dərəcədə əzabla canları alınar. Faciəvi şəkildə canı alınanın yatacaq halı olmadığı aydındır. Mömin canı isə hüzur içində alınar, o da dərhal axirət nemətlərinə qovuşar. Zaman yoxdur ki, ölümdən sonra gözləmə müddəti olsun.
(A9 TV; 22 dekabr 2017)
Allah taledə məni və dostlarımı birlikdə yaradıb. İnsanlar binalarla, paltarlarıyla, dostlarıyla, sevdikləriylə bütöv halda yaradılar. Bir-birimizdən müstəqil deyilik, taledə bütün olaraq birlikdə yaradılırıq.
(A9 TV; 22 dekabr 2017)
Münafiq küçə ağzı ilə, hiyləgər məntiqi ilə, axmaq ağılsızlığı ilə keyfiyyətli müsəlmanları aldada biləcəyini zənn edəcək qədər axmaqdır. Klassik fırıldaqçı olduğu üçün; “nə olacaq ki, edərik qardaş” məntiqində olurlar. Möminlər isə bu alçaq məxluqdan çox qəti şəkildə iyrənərlər.
(A9 TV; 22 dekabr 2017)
Milli Məclisin ən az yarısının qadın olması lazımdır. Qadın kontingenti mütləq yüksək olmalıdır. Qadınların səsverməsi yüksək olmasa belə Məclisdə üstünlük onların olmalıdır. Türk qadınının keyfiyyətini, mədəniyyətini, nəzakətini, gözəlliyini, təmizliyini, alicənablığını canlı olaraq vurğulayan millət vəkili qadınların olması çox mühüm məsələdir.
(A9 TV; 22 dekabr 2017)
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq.
(A9 TV; 22 dekabr 2017)
Suriyanın bölünməsinə mane olan türk əsgəridir və Türkiyənin fəaliyyətə başlamış olmasıdır. Türkiyənin bölgədəki mövcudluğu bütün ölkələr üçün təhlükəsizlik və hüzurdur.
(A9 TV; 22 dekabr 2017)
Ayədə küfr əhlinin ölü olduğu qeyd edilir, lakin insanların çoxu bu məsələ üzərində dayanmaz. Münafiqlər və küfr əhli ölü olaraq yaradılmış varlıqdırlar. Onların ölü varlıq olması möminin humanistliyinə, bunlara qarşı duyduğu nifrətə təsir etməz. Ayənin tələbi olaraq mömin, münafiq və küfr əhlinə nifrət edər.
(A9 TV; 22 dekabr 2017)
Dünyadakı həyat yuxudur. Həqiqi həyat ölümdür. Ölüm, çox aydın, kəskin canlanmadır. Ölümlə birlikdə mömin o andan etibarən çox rahat olar, ən kiçik ağrı, narahatçılıq, qorxu hiss etməz. İnsan çox fövqəladə hadisələr görəcək, lakin mömin heç birindən həyəcanlanmayacaq. Heyrət ediləcək şəkildə hüzurlu olacaq. Məhz bu, Allahın verdiyi hüzur sayəsindədir. Heyrətamiz dərəcədə sakitlik olar. Möminin sorğusu da çox sürətlidir, gözəllik olaraq yaradılmış hadisədir.
(A9 TV; 22 dekabr 2017)
Eqoist insan güvənməyi bacarmaz. Özü səmimiyyətsiz olan qarşısındakına güvənə bilməz. Buna görə də, sevərkən eqoistlikdən xilas olmuş insanı seçmək lazımdır. Eqoistlikdən xilas olmuş insan mələk kimi əxlaq qazanmışdır. Lakin eqoistdirsə sabit ola bilməz, qısqanar, hərislik edər, şübhəci olar, zərər verər, həmişə problem çıxardar. Qadından həmişə şübhə etmək isə qadına müəyyən mənada təhqir etməkdir.
(A9 TV; 22 dekabr 2017)
Süleyman Soylu igiddir, dəliqanlıdır. PKK-ya qarşı mübarizədə çox müvəffəqiyyətli olduğu üçün, hörmətli Süleyman Soyluya mane olmaq istəyirlər. Millət olaraq hörmətli Süleyman Soylunun yanındayıq, onu dəstəkləyirik. İgidliyinə, mərdliyinə, dürüstlüyünə millət olaraq zaminik. Hörmətli Süleyman Soylunun saçının telinə toxunan olsa, o əli elmlə, irfanla, qanunla, hüquqla zərərsizləşdirərik.
(A9 TV; 22 dekabr 2017)





