Ölkələr arasındakı dialoqun təməli; “mən səni qeyd-şərtsiz sevirəm” olmalıdır. “Milli maraqlar, ortaq mənfəətlər” deyə cümləyə başlanmamalıdır. Əvəzində nə isə tələb edərək sevgi göstərilməz. Qarşılıqsız sevgi göstərmək əhəmiyyətlidir. Ölkələrin “marağından” bəhs edildiyi mühitdə sevgi qalmaz. Sadəcə sevgini, dostluğunu, yoldaşlığını, təhlükəsizliyini istəyirəm deyərək əlaqə yaradılmalıdır.
(A9 TV; 23 dekabr 2017)
Allah ayədə; “hər çətinliklə birlikdə asanlıq vardır” deyə bildirir. Çətinlik dinin gözəlliyinin bir hissəsidir, çətinliyi məğlub etdiyimiz zaman gözəlliyə nail olarıq. Əslində həyat və din çətinlik kimi görünən asanlıqlardan ibarətdir. Əgər insan taleyi yaşadığını bilsə, Allaha tam təslim olsa, heç bir çətinlik yaşamaz. Şirk qoşsa; “bu insan bunu edir” deyər və insanları bütləşdirərsə həyat onun üçün çox iztirablı olar. Bu iztirabdan xilas olmağın yolu taleyə təslim olmaqdır. Tale, suları yararaq hərəkət edən gəmi kimidir.
(A9 TV; 23 dekabr 2017)
Kişilərin bir çoxu eqoist olduğu üçün, qadınlarla dostluqlarında təkcə öz eqoist məqsədlərinə xidmət edilməsini istəyirlər. Qadınlar da həssas varlıqlar olduğu üçün, bu onlara çox mənfi təsir edir. Dost olunacaq insanın mütləq Allah sevgisi və Allah qorxusu olan, eqoistlikdən xilas olmuş biri olması əsas şərtdir. Eqoist olan birinin sevgini yaşaması qeyri-mümkündür. O təkcə özünü düşünər və eqoist olan mütləq qəddarlıq edər. Öz mənfəəti ilə toqquşduğu zaman mütləq aqressivləşər. Sevgi, eqoistliyin olmadığı diyardır. Eqoistlik kimi iyrənc sistemin üzərinə sevgi oturmaz. Dolayısilə eqoist insanla gənc qız heç vaxt dostluq etməməlidir.
(A9 TV; 23 dekabr 2017)
Məsələləri çıxılmaz vəziyyətə salacaq sərt və mübahisə üslublardan qaçmaq lazımdır. Sülh, sevgi və gözəllik yaranması üçün İslam Birliyi əsas şərtdir. Hal-hazırda dünyanın hər yerində münaqişə, dava, qan var. 3-5-7 il ərzində İslam Birliyi ilə bu fəlakəti aradan qaldıracağıq inşaAllah.
(A9 TV; 23 dekabr 2017)
Bir insanın Mehdilik iddia etməsi dindən çıxması deməkdir. Müsəlmanlar ittifaqla bir şəxsin ətrafında birləşərkən bu şəxs Allahualəm Mehdinin öncülüdür deyirik. İsa Məsihlə birlikdə namaz qıldığını gördüyümüz vaxt, İslam və İsəvilik birləşdiyi zaman və İslam əxlaqı dünyaya tam hakim olduğu zaman isə Allahualəm bu şəxs Mehdidir deyərik.
(A9 TV; 23 dekabr 2017)
Dəccal və komitəsinin ifşa edilməsi çox əhəmiyyətlidir. Dəccaliyyət gücünü gizli olmaqdan alır, özünü gizlədir. İnsanların çoxu dəccaliyyətin pəncəsində qıvrılan ölkələrə diqqətlərini verir, dəccaliyyəti görə bilmirlər. Dəccaliyyət, İngiltərə dərin dövlətidir. Bunu açıqca söyləmək lazımdır.
(A9 TV; 23 dekabr 2017)
Qüds üçün alınacaq tək bağlayıcı qərar İslam Birliyinin yaradılmasıdır. İslam Birliyi olmadığı müddətcə nə Qüds, nə də başqa yer üçün sülh və həll yolu yaranmaz, yaranmır. Birləşmiş Millətlər Təşkilatı bu günə qədər çox saylı qərar qəbul etdi, bu qərarların praktikada təsiri olmur. Bu qərarlarla bölgənin xoşbəxtliyi təmin edilmir. Bölgənin xoşbəxtliyi, sağlamlığı, təhlükəsizliyi üçün, dünyanın xilas olması üçün İslam Birliyi əsas şərtdir. İslam Birliyi, musəvi, müsəlman, xristian, hər kəsin xilas olması deməkdir.
(A9 TV; 23 dekabr 2017)
İslam Birliyi mühüm məsələdir. İslam Birliyi olmadığı müddətcə Allah heç bir yerdə rahatlıq verməz. Qüdsü xilas edəcək olan da İslam Birliyidir. İslam Birliyi olmadıqda Qüdsün mənası qalmaz. Qüdsün məna qazanması İslam Birliyi ilə təmin edilər. İslam Birliyi olsa, musəvilər, xristianlar, müsəlmanlar birlikdə çox gözəl yaşayarlar. Hər yeri bağlıq, bağçalıq edərik, hz. Süleymanın məscidini yenidən inşa edərik, hz. İbrahimin, hz. İsanın, bütün peyğəmbərlərin ayaqları basdığı yerləri tərtəmiz edərik. Hal-hazırda təkcə münaqişə və döyüş var. İslam Birliyi olsa bu münaqişələrin hamısı bitər. İslam Birliyi olmadığı müddətcə də nə müsəlmanlar, nə musəvilər, nə də xristianlar rahat ola bilərlər. Allahın əmri açıqdır: Fitnə yer üzündən aradan qalxana, İslam əxlaqı hakim olana qədər elmi mübarizə aparın. Ayrılmayın. Ayrılıb dağılmaq haramdır. Birlik olmaq fərzdir. Müsəlmanların mənəvi lider ətrafında birləşməsi Quranın hökmüdür.
(A9 TV; 23 dekabr 2017)
Vicdan deyilən qüvvə Allahın insana həmişə doğrunu ilham etməsidir. Allah doğrunu da, yanlışı da insana həmişə ilham edər. Heç kim nəzarətsiz qoyulmayıb.
(A9 TV; 22 dekabr 2017)
Münafiq çox axmaq olar. Üzərində kaftarların murdarlığı və xoşagəlməzliyi də vardır. Allahın xüsusi yaratdığı məxluqdur. Xəlifələr dövründəki şeytanlar bu dövrə qədər yaşayır və Axırzaman münafiqlərinin bədəninə girib onları iblis edirlər. Münafiqlərin həmlələri müsəlmanların çevik və dinamik olmasını təmin edər. Münafiqlərdə isə şeytanın verdiyi dərd və əzab içərisində sürünərək yaşamaq vardır. Axirətdə isə qayya quyusunun ən dibində olacaqlar.
(A9 TV; 22 dekabr 2017)





