Terror və dövləti dağıtmağa istiqamətlənmiş fəaliyyətlər olduğu zaman vətəni qoruyan mülki vətəndaşlara qanuni zəmanət təmin edilməsi çox düzgün qərardır. Əlində silahla əsgəri, polisi şəhid etməyə qərar vermiş, vətəni parçalamağa cəhd edən, vertolyotdan xalqa atəş açana qarşı vətəndaşın qanuni hüquqlarının çox geniş olması lazımdır.

(A9 TV; 24 dekabr 2017)

Təkamülə dəlil olan bir tək fosil belə yoxdur. İllərdir ki; “ara keçid fosili olan bir fosil gətirsinlər, 10 milyon verəcəyik” deyə səslənirik, bir nəfər belə çıxıb; “budur” deyə bilmədi. Bir nəfər də ortaya çıxmadı. Çıxa bilməz, çünki belə fosil yoxdur, təkamül yoxdur.

(A9 TV; 24 dekabr 2017)

Münafiq özünü cəsur və əxlaqlı göstərmək istəyər. Kin və nifrət doludur, lakin özünün dürüst, cəsur, əxlaqlı olduğunu iddia edər. Allah münafiqi müsəlmanın elmlə, irfanla əzə biləcəyi kimi yaratmışdır. Münafiqlər hər kəsin iyrəndiyi, tənha insandırlar. Qeyri-səmimilikləri qısa müddətdə və çox təfərrüatlı dəlillə ortaya çıxar. İslamın yaşanmasını, müsəlmanların güclənməsini istəməzlər. Müsəlmanları dağıtmaq üçün ağılsız şəkildə Qurandan nümunələr gətirməyə çalışarlar. Axmaqca bir çırpınış içindədirlər. Ağıllı insanlar bu axmaqca çırpınışı dərhal görər və uzaq dayanarlar.

(A9 TV; 23 dekabr 2017)

Allah dünyada bizim cənnətdəymiş kimi yaşamağımızı istəyir. Pis olan şeyləri insanların nə üçün etdiyi başa düşülən deyil. Məsələn, insan bomba düzəldib insanları öldürür. Niyə insan öldürməyə çalışırsan, niyə torpaq zəbt etmək istəyirsən? Dünya çox genişdir, hamımız birlikdə gözəlliklə yaşaya bilərik.

(A9 TV; 23 dekabr 2017)

Cəhənnəm dərəcə dərəcədir. Cəhənnəmin bəzi yerləri qaranlıq, sıxıcı, dar küçələrdən ibarət olan tənha məhəllələr şəklindədir. Allahı inkar edən, lakin pislik etməmiş olanlar buralarda olar. Münafiqlərin qaldığı yerlər isə dəhşət vericidir, çox qorxuncdur.

(A9 TV; 23 dekabr 2017)

Sevgisiz, eqoist, davakar, qorxuducu dünya meydana gətiriblər. Mən bunu istəmirəm. Dünya gözəl olsun, insanlar bir-birini sevsin istəyirəm. Nəzakət, yüksək keyfiyyət, incəsənət, bağışlayıcılıq, mərhəmət təkcə Türkiyədə deyil, hər yerdə hakim olsun istəyirəm. Bu bizim haqqımızdır. Bu bəladan xilas olmaq çox asandır, şeytan axmaqca bir oyun oynayıb insanları bir-birinə düşmən etdi. Əl birliyi ilə bu mənəvi çirkabı təmizləyib atacağıq, Türkiyənin rəhbərliyi altında sevgi dolu dünya yaradacağıq.

(A9 TV; 23 dekabr 2017)

Münafiqlərdən etdikləri hər əxlaqsızlıq, hər xainlik axirətdə tək-tək soruşulacaq. Eyni cinayətdən hər kəs üçün tək-tək sorğu-sual olunacaqlar; Allah üçün, Kitab üçün, Peyğəmbər üçün, əleyhinə fəaliyyət göstərdikləri bütün müsəlmanlar üçün tək-tək eyni cinayətdən sorğu-sual olunacaq və hər cümlənin hər hərfin hesabını verəcəklər.

(A9 TV; 23 dekabr 2017)

Bəzi internet saytlarında qeyd olunan və israilli ravvin Yehuda Qlikin Türkiyə və hörmətli prezidentimiz Rəcəb Tayyib Ərdoğan əleyhinə ifadələr işlətdiyini iddia edən xəbərlər doğru deyil. Yehuda Qlikdən bu xəbər soruşduqda; “heç vaxt hörmətli Ərdoğanın cəzalandırılmasına dair bir ifadə işlətmədim” açıqlamasını vermişdir. Dolayısilə bəhs edilən xəbərlər həqiqəti əks etdirmir.

(A9 TV; 23 dekabr 2017)

Həqiqi eşqi axtarırsansa; özünü həm fiziki, həm də ruhi cəhətdən yaxşı inkişaf elətdir, mədəniyyətini, mərhəmətini, səbrini artır, vicdanını çox təmiz və güclü hala gətir, ruhi və fiziki cəhətdən çox təmiz ol, Allaha özünü təslim et, dünyadan keç, Allah sənə həqiqi eşqi nəsib edər. O zaman tapdığın eşq ruhunu doyurar.

(A9 TV; 23 dekabr 2017)

Münafiqlərin müsəlmanlarla mübarizə aparması müsəlmanın məqamının ucalması üçündür. Allah hər peyğəmbərə cinlərdən və insanlardan münafiqlər müsəllət etmişdir. Müsəllət olan hər münafiq möminlərin qardaşlığını, məhəbbətini, dostluğunu möhkəmləndirər, bərəkətini gücləndirər, üfüqünü açar. Mömin cənnətə doğru ucalarkən münafiq cəhənnəmin dibinə doğru gedər. Bu, Allahın sənətidir. Münafiqlər tamamilə Allahın nəzarəti altındadır, şeytanlardan ibarət olan dəstədirlər. İxtisaslı azğın münafiq ixtisaslı müsəlmanlara müsəllət edilər ki, müsəlmanın mənəviyyatı çox yüksəlsin.

(A9 TV; 23 dekabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)