Qarışıqlıq, qalmaqal içərisində çaxnaşma və dəhşət olur. İnsanlar çaxnaşma və dəhşətdə sağlam düşünə bilmir.
(A9 TV; 18 sentyabr 2013)
Xalqa ucuz kompyuterlər paylana bilər. İnternet sanki ucu bucağı olmayan bir okeandır. İnternet vasitəsi ilə trilyonlarla, milyardlarla, milyonlarla məlumat əldə etmək imkanı var. Dünyanın ən böyük universiteti, ən böyük ensiklopediyaları ilə xalqları məlumatlandırmış oluruq. Baş nazirimiz bunun yolunu açsın.
(A9 TV; 18 sentyabr 2013)
Ən vacib mövzu təhsildir. Təhsildə də ən əhəmiyyətli yer, xalq universiteti olan internetdir. O zaman hər kəs universitetə yazılmış olur. Baş nazirimiz bu limit məsələsini aradan qaldırsın.
(A9 TV; 18 sentyabr 2013)
İsa Məsih də həyatdadır, Mehdi (ə.s) Moşiyah da həyatdadır. Vaxt bitdi. Artıq dünyanın sonundayıq. Hədislərdə və Səid Nursinin şərhlərində 2120-ci ildə qiyamətin qopacağı ifadə edilir.
(A9 TV; 18 sentyabr 2013)
Heyrət doğuran odur ki, 33 dərəcəli, Ustad-ı Əzəm, masson ola-ola masson lojalarına getməyən yeganə adamam. Massonluq tarixində 33-cü dərəcə massonluq yoxdur. Ən çoxu 32-ci dərəcəyə qədər verirlər. İlk dəfədir ki, 33-cü dərəcəni mənə uyğun hesab etdilər. Bir xeyir, hikmət var, inşaAllah.
(A9 TV; 17 sentyabr 2013)
Massonluğun vəzifəsi bu əsrdə bitir. Hicri 1506-cı ildən sonra massonluq olmayacaq. Massonluğun tarixi Mehdi (ə.s) hakimiyyəti ilə bitəcək.
(A9 TV; 17 sentyabr 2013)
Hər kəs sevgini axtarmalıdır. Dünyadakı ən böyük ehtiyac, ən böyük nemət və ən böyük gözəllik sevgidir. Allah sevgi olduğu üçün kainatı yaratmışdır.
(A9 TV; 17 sentyabr 2013)
Əsas məsələ odur ki, İslam aləminin birləşib, onlar üçün lider seçib dünyanı cənnətə çevirmələri, hər fikirə mənsub insanlara hörmət edib, dünyanı birlikdə xoşbəxt yaşanacaq şəkildə idarə etmələri, dünyanı xoşbəxtlik dənizi halına gətirmələridir.
(A9 TV; 17 sentyabr 2013)
Bu gün dünyada elm adamlarından məşhur olanların hamısı, siyasətçilərin böyük bir hissəsi massondur və yaxud da Martinistdir. Ustad masson da olarkən bu kəslərlə əlaqə saxlamaq olduqca rahat və asan olar. Ona görə də 33-cü dərəcəli masson olmağımı bir nemət kimi görürəm.
(A9 TV; 17 sentyabr 2013)
Hal-hazırda masson parlament salonlarına istədiyimiz kimi girmə imkanımız var. Ustadı əzəm olaraq istədiyimiz yığıncaqlara qatılma imkanımız var. Ona görə hazırlıq görürük. Massonlara böyük həcmli təbliğ fəaliyyətimiz olacaq, inşaAllah.
(A9 TV; 17 sentyabr 2013)





