Allah yolunu tutan insanlara çoxlu böhtanlar atılar. Bədiüzzamana da çoxlu sayda böhtan atılmışdı. Risalə-i Nurda 90 böhtan və təhqirə cavab vermişdir. 90 böhtan, axirətdə 90 min savab deməkdir, inşaAllah.

(A9 TV; 15 sentyabr 2013)

Hal-hazırda bəzi alimlərin bəsirəti bağlıdır. Peyğəmbərimiz (s.ə.v)-in reallaşan hədislərini gizləyərək guya mehdiyyəti əngəlləməyə çalışırlar. Amma bir neçə ildən sonra peşman olduqlarını bildirəcəklər.

(A9 TV; 15 sentyabr 2013)

Mehdi (ə.s)-ın çıxışı ilə birlikdə alimlərin bir qismi mehdiyyətdən və dəccaliyyətdən bəhs etməyi dayandırdılar. Öz ağıllarına görə mehdiyyəti gizlətməyə çalışırlar. Çox əbəs yerə çırpınırlar. Gələcəkdəki nəsillər alimlərin bu susqunluğunu və səmimiyyətsizliklərini heyrətlə xatırlayacaqlar.

(A9 TV; 15 sentyabr 2013)

Sevgisizlik, mərhəmətsizlik, şiddət hər yeri bürümüşdür. Bunun yerini sevginin tutması üçün sevgiyə sahib olan, sevgini istəyən insanların cəhdlərini artırmaları lazımdır. Mehdi (ə.s), İsa Məsih aşiqlərinin, tələbələrinin var gücləri ilə cəhd göstərmələri lazımdır. Cəhd göstərdiklərində gözəl nəticə əldə edəcəklər.

(A9 TV; 14 sentyabr 2013)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)