Polisi, maraqlanacağı həqiqi əleyhdarlara istiqamətləndirmək lazımdır. Polisin, vətənin dostlarına, millətin dostlarına deyil. Çünki Axırzamandayıq. Peyğmbərimiz (s.ə.v) Axırzamanla əlaqədar olan hədisində belə buyurur: “Axırzamanda doğru olan xain, xain olan da doğru kimi tanınar”. Polisləri haqlı, doğru olanların, yaxşıların üzərinə deyil, xainlərin üzərinə istiqamətləndirmək lazımdır.

(A9 TV; 20 sentyabr 2013)

Polisin lazımsız şeylərlə deyil, lazımlı olan şeylərlə məşğul olacağı hala gətirilməsi lazımdır. Polisin diqqətini lazımsız, boş və faydasız şeylərə yönəltmək lazım deyil. Polisin diqqətini dağıtmaq olmaz. Polisin diqqəti birbaşa küfrün və qəddarların üzərində olsun.

(A9 TV; 20 sentyabr 2013)

İnsanlara baxıram, gözlərində heç bir məna yoxdur. Niyə? Həsədlik bir tərəfdən, qısqanclıq bir tərəfdən, qəddarlıq bir tərəfdən, sevgisizlik bir tərəfdən, insanlardan qorxu bir tərəfdən, Allaha təslimiyyətsizlik bir tərəfdən, rəqabət ruhu bir tərəfdən olduğu üçün gözlərdəki məna, gözəllik gedər.

(A9 TV; 20 sentyabr 2013)

Quran və ağıl bir-birilə çox bağlıdır. Quran saf ağıldır. Ağılın yoludur. İnsan Qurana uymaqla ağıllı olar. Quranın xaricində ağıllı olmaq mümkün deyil. Zəkalı ola bilər, amma ağıllı ola bilməz.

(A9 TV; 20 sentyabr 2013)

Mömin olan kəs səhv etdiyi halda Allahdan bağışlanma diləyər. Allah bunu bəyənir. Bu, Allahın sevdiyi rəftardır. Allahın razılığını axtaran kəs bunu etməlidir. ”Ya Rəbbim! Məni bağışla, əfv et” deməlidir. ”Əstəğfirullah, əstəğfirullah, əstəğfirullah” Allah bunu bir gözəllik olaraq qəbul edir.

(A9 TV; 20 sentyabr 2013)

-Bəzi kəslərə aiddir bu sözlərim-tərtəmiz, imanlı müsəlmanlarla savaşmağı, qarşı çıxmağı asan gördüyü üçün qoçuluq etməyə çalışmaq uğursuzluq gətirər. Allah məzlumu qoruyar, məzluma heç bir şey olmaz. Olan səhv hərəkət edənə olar, inşaAllah.

(A9 TV; 20 sentyabr 2013)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)