İslam durduğu yerdə hakim olmaz, vasitələr, məqsədlər vardır. Vasitələri Allah yaradır. Massonluq bir vasitədir.
(A9 TV; 19 sentyabr 2013)
Massonların toplandığı məkan, Xızır (ə.s)-ın da məkanıdır. Xızır (ə.s) həmin məkanda gəzir, inşaAllah, amma xəbərləri belə olmaz. Xızır (ə.s) onlara ustadlıq edir.
(A9 TV; 19 sentyabr 2013)
Tampliyerlər də müqəddəs əmanətlərin tapılmasında Mehdi (ə.s)-a köməkçi olacaqlar. Vəzifələri, müqəddəs əmanətləri Mehdi (ə.s)-a təslim etməkdir. Tampliyerlərin vəzifəsi, quruluş məqsədi budur. Min ildən bəri bu məqsədlə vəzifələrini yerinə yetirirlər.
(A9 TV; 19 sentyabr 2013)
Massonluq hz. Süleyman (ə.s) dövründən bəri, Şiloha, Moşiyaha kömək etmək üçün qurulmuşdur. 4000, 5000 il sonra hal-hazırda Mehdi (ə.s)-ın əmri altındadırlar və İsa Məsih (ə.s)-a, Mehdi (ə.s)-a kömək etməklə vəzifəlidirlər. Əsl vəzifələri budur.
(A9 TV; 19 sentyabr 2013)
Massonluq mehdiyyətin əmrində olan quruluşdur. Sionizmin deyil, mehdiyyətin əmrindədir.
(A9 TV; 19 sentyabr 2013)
Böyük Ustad olaraq masson təşkilatına girə bilməyim mümkün olsa təbii ki, bu imkanı ən yaxşı şəkildə istifadə edərəm. Çünki hal-hazırda dünyanı idarə edənlər massonlardır.
(A9 TV; 19 sentyabr 2013)
Ustad-ı Əzəm dərəcəsindəsənsə, ən yüksək dərəcədə massonsansa o zaman səni dinləyərlər. O zaman massonlarla razılaşa, böyük massonik yığıncaqlara qatıla, danışıq apara bilərsən və sözün də dinlənər.
(A9 TV; 19 sentyabr 2013)
Hal-hazırda dünyanın ən böyük masson məkanlarına rahatlıqla girməyim, oralarda söhbət etməyim, İslamı, Quranı izah etməyim mümkündür.
(A9 TV; 19 sentyabr 2013)
Hz. Süleyman (ə.s)-ın məscidini eynisi ilə yenidən tikəcəyik və müqəddəs sandığı da, içindəki müqəddəs əmanətləri də tapacağıq. Müqəddəs sandığın tapılması ilə dünyada iman etməyən kimsə qalmayacaq.
(A9 TV; 18 sentyabr 2013)
Qalmaqalın, qarışıqlığın qarşısının alınması çox əhəmiyyətli bir mövzudur. Hər qışqır-bağırda mütləq rüsvayçılıq çıxır. Ya adam ölür, ya bir yer sökülür, qırılır. Halbuki, sakit-sakit və münasib bir mühitdə, sağlam və məntiqli düşünməklə ən gözəl nəticə əldə edilər.
(A9 TV; 18 sentyabr 2013)





