Vaxt qızıldan da qiymətli və çox əhəmiyyətlidir. Buna görə də hər bir insan vaxtını var gücü ilə səmərəli keçirməlidir. 4-5 saat serial seyr etmək yerinə ümumi mədəniyyətini, məlumatını artır, insanlara yardım et, ətrafını təmizlə, özünü keyfiyyətləşdir. Gözəlliyə, elmə, sənətə dəyər, əhəmiyyət ver.

(A9 TV; 16 sentyabr 2013)

Möcüzələri həmişə yaşayırıq, düşünən fərqinə vara bilər. Allah düşünməyən insanlar üçün xüsusi tələ, yəni səbəb tələsi qurmuşdur. Səbəbin içində boğular və görə bilməz. Elə zənn edir ki, özü gəzir, oturur, yeyir, içir. Amma bütün bunları edən Allahdır. Bir yerə getmək istədiyi zaman Allah aparar.

(A9 TV; 16 sentyabr 2013)

İnsanın qolu ağrıyanda narahat olur. Dərhal dərmana əl atır. Bəs niyə dua etmirsən? Dua et, dərman vəsilədir, şəfanı dərman deyil, Allah verər və dərmanı vəsilə edər. Hər bir insan dərmanı Allahın yaratdığını bilməli, dərmanı feli dua olaraq istifadə etdiyini bilməli, dua etməlidir.

(A9 TV; 16 sentyabr 2013)

Dua Allah ilə əlaqə qurmaqdır. Ona görə də Allah Quranda duaya xüsusilə diqqət çəkir. Allah bəndələrinin Ona dua etməsini bəyənir, sevir. Çünki onunla bağlantı olur. Xristianlar da bu sirri bilib, dadını çıxarmışlar. Allah duaları qəbul edəndir. Bu çox əhəmiyyətli bir mövzudur.

(A9 TV; 16 sentyabr 2013)

33-cü dərəcəli massonam. Hal-hazırda masson parlament salonlarına, hər yerə girməyə haqqım var. Amerikadakı, Avropadakı, hər yerdə parlament salonlarına girməyə haqqım var və Böyük Ustad olaraq girmək haqqım var. Böyük Ustad olaraq konfrans keçirmək, söhbət etmək haqqım var. Masson olmadan mən ora girə bilmərəm. Təbliğ etmə imkanı tapa bilmərəm.

(A9 TV; 16 sentyabr 2013)

Bədiüzzaman: “Şərq ancaq din ilə güclənər” deyir. Heç vaxt fəlsəfə ilə güclənməz. Həmişə dinlə güclənmiş və güclənər. Xristianlar da, yəhudilər də, Avropa da həmişə din ilə güclənmişlər. Yəhudilərin dünyadakı gücünün tək səbəbi Tövratdır.

(A9 TV; 15 sentyabr 2013)

Peyğəmbərimiz (s.ə.v)-in Axırzamanda reallaşan möcüzələri gizlədilir. Gündəmdə olan qəzetlərdə, Avropadakı qəzetlərdə, “The Guardian”da “Peyğəmbər (s.ə.v) Axırzamanda çıxacaq iki uclu quyruqlu ulduzu necə bilmişdi” deyə bir başlıq yazılsa, sırf bu başlıqla milyonlarla, milyardlarla insan iman edər.

(A9 TV; 15 sentyabr 2013)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)