Ələvilər çox dəyərli insandırlar. Onların söhbəti, sözü ürəyə rahatlıq gətirir. On dəqiqə söhbətlərinə qatılanlar mənəvi cəhətdən rahatlayır. Sevginin, mərhəmətin, sülhün, qardaşlığın mürşidləridir, döyüşə şiddətlə qarşıdırlar.

(A9 TV; 23 sentyabr 2013)

Allah uşağı da tərbiyə edər. Quranda hz. İsmayıl (ə.s)-ın, hz. Yusuf (ə.s)-ın başına gələn hadisələrdə olduğu kimi, uşaqlar da imtahan olunar. Allah uşaqları da çətinliklərlə, asanlıqlarla sınayar ki, böyüyəndə onu xatırlasın. Böyüdüyündə onu xatırlaması imtahanın bir şərtidir.

(A9 TV; 23 sentyabr 2013)

Allah: “Yüngül zəlzələ yaradıram, istəsəm sizi yerlə-yeksan edərəm. Sizə olan şəfqətimə görə bunu edirəm, diqqətinizi Mənə verin, sevginizi Mənə verin, dünyaya bağlanmayın” deyir. Allah zəlzələlərlə bu mesajı verir.

(A9 TV; 21 sentyabr 2013)

Müsəlman göz görə-görə şərabı necə içsin? Boğazına tıxanar, istəsə də içə bilməz. Mömin zina ilə iflic olar. Əli qolu bağlanar, qüdrəti çatmaz. Günaha girmə gücü olmaz, bəsirəti bağlanar, edə bilməz, inşaAllah.

(A9 TV; 21 sentyabr 2013)

Peyğəmbərimiz (s.ə.v) zamanında Buddizm də vardı. Hər cür fitnə fücur vardı. Dinsizlik vardı, müşriklik vardı. Fitnə aradan qalxmamışdı. Mehdi (ə.s)-ın fəaliyyəti nəticəsində fitnə qalmayacaq. Ayədə bəhs olunan “din bütünlüklə Allahın olana qədər” ifadəsi bütün dünyanın müsəlman olması mənasındadır.

(A9 TV; 21 sentyabr 2013)

Qanun, hüququn məqsədi, daim gözəl və faydalı insanlar meydana gətirmək, insanları tərbiyə etməkdir. Hüquq insanların zərərlərini əngəlləyən bir nemətdir. Faydasını da gördük. Artıq Fazıl Say insanlara yaraşmayan sözlər və cümlələr işlətmir. Daha da nəzakətli və yığcam danışır. Deməli, hüququn faydası olub.

(A9 TV; 20 sentyabr 2013)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)