Dünyada əsas məsələ Allaha qul olmaqdır. Digər bütün məsələlər əlavə məsələdir. Təəccüblü olan insanların dünyaya aludə olması, Allahı unutmasıdır. Allahı unutmaq çox çirkin cəsarətdir. Ruh sahibi insan, əks vəziyyətdə bir-iki dəqiqə belə yaşaya bilməz.

(A9 TV; 28 dekabr 2017)

Sevgi insanların ən təbii haqqı olduğu halda, sevgiyə təəccüblənirlər, sevgi lüks gəlir onlara. Dünyada hər yerdə sevgidən başqa şey yaşanmamalıdır. İnsanları oyuna gətirdilər sevgini unutdurdular. Normal olan insanların sevgi içində yaşayıb sevgi içində ölüb axirətdə sevgini davam etdirmələridir.

(A9 TV; 28 dekabr 2017)

Ölkələr arasında mina tarlaları, tikanlı məftillər olması normal hesab edilməməlidir. Hamımız insanıq, dostuq, yoldaşıq. Bunlar sevgisizliyin meydana gətirdiyi dəhşətdir. Tikanlı məftillər hər ölkəni açıq həbsxana mövqeyinə gətirir. Aralarda divarlar, tikanlı məftillər, kilidlər olmamalıdır. Bunun üçünsə kəskin və qətiyyətli sevgi lazımdır.

(A9 TV; 28 dekabr 2017)

Mömin təkcə özü üçün dua etməz. Mömin hidayəti, gözəlliyi, yaxşılığı həm özünə, həm də bütün müsəlmanlara istəməlidir. Möminin taleyi müsəlman qardaşları ilə birlikdə yaradılmışdır, duası da bütün möminlər üçündür.

(A9 TV; 28 dekabr 2017)

Hər insan bir filmin tamaşaçısı mövqeyindədir. İnsan o filmin önündən heç vaxt ayrıla bilmir və filmə heç bir müdaxilə edə bilmir. Filmi hazırlayan Allahdır. Filmin əvvəli və sonu məlumdur. Allaha güvənməkdən başqa bir hərəkətin heç bir məntiqi yoxdur. Yaradıcıya təslim olmaq ağlın ən yüksək səviyyəsidir. Əks halda ağlı əzməkdir, ağlı boğmaqdır.

(A9 TV; 27 dekabr 2017)

Tezliklə dünyanı cənnətə döndərmək lazımdır. Hər kəs Allahın quludur. Gözəl, dostcasına yaşamaq üçün nəyi gözləyirik? Qurandakı himayədarlıq sistemi dünyaya tezliklə hakim olmalıdır. Himayədarlıq sistemi olduğu zaman hər kəs başqalarının qoruyucusu olar. Himayədarlıq sistemi dünyada ən mükəmməl sığortadır. Ödəniş ödəmək yoxdur, sərhədi yoxdur. Sonuna qədər hər kəsi tam qoruyan, sahib çıxan mükəmməl sistemdir.

(A9 TV; 27 dekabr 2017)

Yaxşı insanlar bir-birlərini var gücləri ilə dəstəkləsinlər. Sevgini, yaxşılığı, azadlığı, incəsənəti, keyfiyyəti, nəzakəti, qadınların hüzurlu yaşamasını istəyən hər kəs ittifaq etsin. Müharibələrə qarşı, qan tökülməsini istəməyən, hər kəsin bir-birinə qardaş kimi yaxınlaşmasını istəyən, elmin, incəsənətin, demokratiyanın nemətlərindən maksimum faydalanmaq istəyən ruh xalis Quran ruhudur. Gənclər bir-biriləriylə yaxşılıqda ittifaq etməlidirlər.

(A9 TV; 27 dekabr 2017)

Raket istehsal etmək üçün ayrı pul, raketə qarşı müdafiə sistemi üçün ayrı pul xərclənilir. İnsan öldürmək üçün raket atırlar, o raketə qarşı müdafiə sistemi qurulduğu zaman sevinirlər. İnsan öldürmək üçün heç bir sistem olmasa da buna xərclənən pul insanları xoşbəxt etmək üçün xərclənsə daha gözəl olmazmı? İnsanlar müharibəyə, davaya, təcavüzkarlığa alışıblar. Halbuki bunların heç birinin olmaması lazımdır. Tanklar, toplar, təyyarələr, bombalar bütün pul bunlara xərclənir, insanlar yaralanır, parçalanır, hər yerdə aclıq var. Bu rəzalətə nə ehtiyac var? Hər yer qan gölü oldu, yüz minlərlə insan şikəst oldu. Şeytana tabe olmaq məcburiyyətində deyilik ki. Hər kəs dost olsun, yoldaş olsun, sülh içində yaşayaq.

(A9 TV; 27 dekabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)