Təkamül nəzəriyyəsinin bircə elmi dəlili belə yoxdur. Elmi dəlil olmadığı halda bütün məktəblərdə; “uşaqlar sizi Allah yaratmadı, siz təsadüflərin məhsulusunuz” deyilir. Təsadüf bütünə inanan qədim bütpərəst inancını gənclərə elm kimi izah etmək doğru deyil. Darvinizm izah edilsin, lakin bütpərəst inancı kimi izah edilsin. Sanki elm kimi xalqa yalan deyilməsin. Açıqca Allah yoxdur demək, gənclərə bunu öyrətmək uğursuzluq gətirər.

(A9 TV; 29 dekabr 2017)

Terroru bitirməyin yolu darvinist təhsili dayandırmaqdır. İnsanlara Allahın yaratmadığı, təsadüflərin məhsulu olduğu deyildikdə materializm və kommunizm sürətlə inkişaf edir. Kommunizmi qəbul edən PKK-nın ideologiyasını qəbul etmiş olur.

(A9 TV; 28 dekabr 2017)

Mötəbər qadın möhtəşəm varlıqdır. Dünyadakı ən böyük nemətdir. Qadının şəxsiyyətli olması üçün, qadının Allaha kəskin imanla inanması lazımdır. Eqoist olmamalıdır. Sevdiyinə vəfalı və sadiq olmalıdır. Çox təmiz olmalıdır, hörmətə çox əhəmiyyət verməlidir. Ən əhəmiyyətlisi də dərinlik və ehtirasa ruhunu təslim etmiş olmalıdır. Allah qadınlara bu məsələdə böyük qabiliyyət verib. Qadın və kişinin anlaşa bilməsi üçün ikisinin də Allaha təslim olması, ikisinin də sevginin Allahdan gəldiyini bilməsi lazımdır. Qadın və kişinin özünü təslim etməməsinin səbəbi əsasən iman zəifliyi, hiss etmədən şirkin içinə girməkdir. İnsan gələcək qorxusundan və şirkdən tamamilə uzaqlaşsa, özünü Allaha tam təslim etsə möhtəşəm ruh gücü qazanar.

(A9 TV; 28 dekabr 2017)

İran dost və can qardaşımızdır. İrana Allah həmişə xeyir və bərəkət versin. Xoşbəxtlik, sevinc içində, İslam Birliyinin gözəllikləri içində yaşamalarını nəsib etsin.

(A9 TV; 28 dekabr 2017)

Qadın gözəlliyini qayğı və heyrətlə təqdir etmək lazımdır. Hər şeyinə qayğı göstərmək lazımdır. Sağlamlığına, sevincinə, hüzuruna və ən çox imanına. Allah qorusun imanına zərər gəlsə o qadının həyat damarını kəsmiş olarsan.

(A9 TV; 28 dekabr 2017)

Qadınlara kişilər hökm verə bilməz. Qadın öz həyatı haqqındakı hökmü özü verər. Heç kimin kimisə razılığa gətirmə səlahiyyəti yoxdur. Qadınlar, kişilərin necə yaşayacağına qarışmır, bu məsələdə ehkam kəsmir. Kişilərin də qadının nə etməsi, nə geyinməsi, necə danışması, necə gülməsinin lazım olduğu haqqında ehkam kəsmə haqqı yoxdur.

(A9 TV; 28 dekabr 2017)

İxtisaslı münafiqlə qarşılaşdığın zaman xarakterinin Quranla çox yaxşı təhlil edilməsi və elmi yolla çox geniş mübarizə aparılması lazımdır. Hz. Musa, hz. Nuh, Peyğəmbərimiz (s.ə.v) dövründə ixtisaslı münafiq çox vardı. Axırzaman münafiqləri də ixtisaslıdır. Bu xarakterli münafiqlə qarşılaşdığın zaman elmi yolla mübarizə aparmağa tənbəllik etmək çox böyük qəflət olar. O zaman bu şeytani varlıqlar bütün bəşəriyyətin başına bəla olar. Münafiqlə elmlə, irfanla sonuna qədər mübarizə aparmaq Allahın Quranda əmridir.

(A9 TV; 28 dekabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)