Mehdi (ə.s)-ın ən böyük silahı səmimiyyətidir. Heç kimin əldə edə bilməyəcəyi səmimiyyətə sahib olduğu üçün Mehdi olur. Ona görə də Allah ona müvəffəq edir.
(A9 TV; 15 aprel 2014)
Bir sirr verim, Allah silah, güc, pul, siyasət sahibi dünyaya hakim olacaqdır demir. Namazlarını qılanlar, oruclarını tutanlar da dünyaya hakim olacaqdır demir. Allah: “Səmimi olan qullarım xilas olar və dünya hakimi olar”―deyir, yalnız səmimi!
(A9 TV; 15 aprel 2014)
Mehdiyyət sevgi təhsilidir, dostluq, qardaşlıq, gözəllik və səmimiyyətdir.
(A9 TV; 15 aprel 2014)
Dünyada vacib olan sevgidir, imandır. Bunu əldə etdikdən sonra sən onsuz da ən yaxşı məqamı əldə edirsən. Əhəmiyyətli olan Allah Qatındakı məqamdır.
(A9 TV; 15 aprel 2014)
Mehdi (ə.s)-a zülm edəcəklərinə görə Allah Mehdisini gizlədir. 70 pərdə arxasında gizlədir. Belə deyirlər: “Bu insan bu cəhətinə görə Mehdi (ə.s) ola bilməz, bu xüsusiyyətinə görə ola bilməz”, 70 cür bəhanə gətirirlər. Ledun elmi ilə Allah onu gizlədir. Ledun elmi ilə, batin elmi ilə gizlədir.
(A9 TV; 15 aprel 2014)
Sevgi olmadıqda, sevgisiz yanaşdıqda insanlarda hədsiz ehtiras, kin, nifrət duyğusu olur. Sevgini deyil, nifrətlə doldurmaq məqsədi güdür. Belə olduqda bir-birini öldürürlər. Nifrət nifrəti artırır. Bu ancaq həqiqi, səmimi sevgi ilə aradan qalxa bilər.
(A9 TV; 15 aprel 2014)
Türkiyəni bölünməyə aparan heç nəyi qəbul etmərik. Başçılıq sistemi deyilən bir şeyi heç vaxt və qəti şəkildə qəbul etmərik! Unutsunlar. Türkiyədə biz narahatlıq istəmirik. Türkiyə bütöv qalacaq.
(A9 TV; 13 aprel 2014)
İslam hər şeyin ən gözəli deməkdir. Ən keyfiyyətlisi, doğrusu deməkdir. İslamın mənası budur. Bir şeyin ən mükəmməl, ən ağıllı, ən doğru, ən yaxşı olanı İslamdır.
(A9 TV; 13 aprel 2014)
Sevgi və səmimiyyət iç-içədir. Sevgini bilməyən səmimiyyəti bilməz, səmimiyyəti bilməyən də sevgini bilməz. Bunlar da ağılla əlaqəlidir, ağıl da Quranla əlaqəlidir, Quran isə Allah qorxusu ilə əlaqəlidir.
(A9 TV; 13 aprel 2014)
Əsl yurd Cənnətdir. Bura kurs kimi təhsil aldığımız bir yerdir. Hər şeydə çatışmazlıq vardır. Müsəlmanlar, hər kəs sürətlə axirətə doğru gedir. Yaxşılar, pislər daima ayırd edilir.
(A9 TV; 12 aprel 2014)





