Hal-hazırda dindar xanımları kişilərə bənzədirlər. Ənənəvi Ortodoks müsəlmanlar qadınlara eynilə kişilərə oxşar görkəm verdilər. Peyğəmbərimiz (s.ə.v) deyir ki,qadınların kişilərə bənzəməsi qiyamət əlamətidir. Qadın qadına bənzəməlidir, inşaAllah.

(A9 TV; 11 aprel 2014)

Bütün dünya mehdiyyətə hazırlanır. Masonluq ilk qurulduğu gündən başlayaraq mehdiyyəti, Mehdi (ə.s)-a xidmət etməyi hədəf almışdır. Əzilib-bükülmüşdür, lakin axırda mehdiyyətə xidmət etməklə vəzifəsini başa vuracaqdır.

(A9 TV; 11 aprel 2014)

Aydındır ki, dünya xüsusi olaraq yaradılmış təhsil yeridir. Buraya tamah salınacaq, bağlanılacaq bir cəhət yoxdur. Bir də ehtirasla bağlanmadıqda Allah möcüzəvi şəkildə möminlərə kömək edir, gözəl bir mühit yaradır.

(A9 TV; 11 aprel 2014)

Allah “səmimi olan qullarım xilas olar” deyir. Səmimiyyət nəzərdən qaçan mövzudur. Halbuki, Allah yalnız səmimiyyəti qurtuluş vəsiləsi olaraq göstərir. Çünki insan səmimidirsə onsuz da dinin tələb etdiyini tam yerinə yetirər, hər şeyi ən gözəl tərzdə edər.

(A9 TV; 11 aprel 2014)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)