PKK hərəkatı kəskin xərçəng xəstəliyi kimidir. Elmi əsaslarla mütləq dərman verib müalicə etdirmək lazımdır.
(A9 TV; 7 aprel 2014)
Mehdiyyət sevgi, şəfqət, məhəbbət təhsilidir. Mehdi (ə.s) üsyanı, tüğyanı, dəlaləti tənqid edən, onun səhv olduğunu insanlara öyrədən, gözəlliyi, sevgini böyük məhəbbətlə insanların ürəklərinə həkk edən varlıqdır.
(A9 TV; 7 aprel 2014)
İslam Birliyinin tezliklə qurulması fərzdir. Bütün diqqətimizi İslam Birliyinə yönəltməyimiz fərzdir. Buna görə mehdiyyətə cəmləşmək fərz olur.
(A9 TV; 7 aprel 2014)
Mehdi olmaq üçün çalışmaq, cəhd göstərmək kifayət deyil. Mehdi olaraq doğulmaq lazımdır. Qədərində Allah tərəfindən Mehdi olaraq təyin edilməlidir.
(A9 TV; 6 aprel 2014)
Hökumət kənd qoruyucularının həm sayını çoxaltsın, həm də onlara polislərə tanıdığı haqları versin. Kənd qoruyucuları hər kənddə, hər yerdə olsun. Kənd qoruyuculuğunun ləğv edilməsi olduqca təhlükəli olar. Əksinə canlandırılmalıdır.
(A9 TV; 6 aprel 2014)
Sənə aid olan heç nə yoxdur, hər şey Allaha aiddir. Gözəllik də, sevdirmək də, bəyəndirmək də hamısı Allaha aiddir. Sonsuz gözəllik Allahın Özüdür. Biz bunu təcəllilərindən anlayırıq. Allahın gözəlliyindən bir parça təcəlli edir və bizim nəfəsimiz kəsilir.
(A9 TV; 6 aprel 2014)
Yas tutmaq məntiqi birmənalı olaraq düzgün deyil. Müsəlmanda elə şey olmaz. Dünyaya göndərən də Allahdır, Öz qatına alan da Allahdır. Qədərə təslimiyyət, Allahın xeyrinə, gözəlliyinə, bərəkətinə etimad etmək lazımdır, doğru olan budur. Əks təqdirdə insana yaraşmayan hərəkətdir.
(A9 TV; 5 aprel 2014)
Allah canını aldığına görə, onu xeyirlə dünyaya gətirmiş, xeyirlə də Öz qatına almışdır. Ağlamağın mənası yoxdur. Rəbbimizin qədərindən razı olmaq, onda xeyir görmək möminin xüsusiyyəti olmalıdır.
(A9 TV; 5 aprel 2014)
Mömin həmişə sevincli, xoş əhvali-ruhiyyəli olmalıdır, Allahın hökmünə razı olmalıdır. Hz. Mövlana deyir: “Mən vəfat edərkən bayram edin”. Şəbi Arus ilə MövləvilərMövlana üçün çalğıları ilə rəqs edərlər.
(A9 TV; 5 aprel 2014)
Cənnət sevinc yurdudur, sonsuz xoşbəxtlik və gözəllikdir. Hər şeyin ən yaxşısının olduğu bir yurda vəfat edən bir vildanı yola salırsansa yas tutmaq fikri səhv olar. “Allahın etdiyini bəyənmədim, mən daha yaxşısını bilirəm” mənası verər. Haşa. Allaha şirk qoşmaq olar
(A9 TV; 5 aprel 2014)





