Mömin Allah rizası üçün yaşayar, Allah rizası üçün də ölər. Allah rizası üçün yaşamadığı zaman həyatı cəhənnəmə dönər. Hər şey Allah rizası üçün olarsa o zaman həyat gözəl olar. Cənnət də Allahın rizasıyla gözəl olur.

(A9 TV; 25 aprel 2014)

Cənub-Şərq bölgəsində kürd qardaşlarımıza cənnət həyatı quracağıq. Diyarbakr, Mardin, Siirti Paris, London kimi edəcəyik. PKK-nı elmlə, qanunla, hüquqla məğlub edəcəyik. Orada PKK-ın təhdidi, PKK xainlərinin azğınlığı qalmayacaq. Xalqa PKK qorxusu yaşatmayacağıq, inşaAllah.

(A9 TV; 24 aprel 2014)

Musiqi bir gözəllikdir. Ürəklərə sevinc, rahatlıq verər. Ürəyi qüvvətləndirər. İslam üləması belə “ürəkdə sıxıntı olanda gözəl musiqi ürəyi rahatladar, könlü açar” deyir, maşaAllah. Hz. Mövlananın tətbiqi bu idi.

(A9 TV; 22 aprel 2014)

Hz. Yusif (ə.s)-ın tankı, topu var idimi? Yox idi. Minlərlə tələbəsi var idimi? Yox idi. Pulu var idimi? Yox idi. Bəs nəyi var idi? Səmimiyyəti var idi. O dövrün Mehdisi idi. Allah onu qalib etdi. Allahın şərti nədir? Əziyyətə qarşı təvəkküllü, səbirli olmalı, ağrı-acıya səbirli olmalıdır. Yoxsa özünü əzab çəkirmiş kimi göstərməklə əzab-əziyyət çəkmədən belə bir nəticə meydana gəlmir.

(A9 TV; 18 aprel 2014)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)