Hər gün insan ölür. Biz dünyadayıq, imtahan mühitindəyik. Hər gün xəstələnən insanlar olur. Matəmi haradan çıxarırsan? Quranda yoxdur. İslam dinində belə bir anlayış yoxdur. Ancaq müşrik xarakterdə var, bütpərəst inancda vardır. Çoxilahlı dinlərin xüsusiyyətidir. Amma İslamda belə bir şey yoxdur.

(A9 TV; 18 aprel 2014)

“Hər şeyə ağlayın” məntiqi çox anormaldır. Bu, Məkkə müşriklərində, daha qədim dövrlərdə Şumer müşriklərində olan sistemdir. Çox səmimiyyətsiz şəkildə Allaha təvəkkül edilmədiyini göstərən hərəkətdir. Bir insan Allahın yaratmadığını düşünürsə ağlayar.

(A9 TV; 18 aprel 2014)

Matəm ruhu müsəlmanlıqda yoxdur. Bu, şirkdir. Allaha qarşı üsyandır, haramdır, günahdır. Buna görə şirk olan bir şeyi ibadət kimi izah etmək səhvdir.

(A9 TV; 18 aprel 2014)

Əzmi, şövqü və həyəcanı mehdiyyət dünyaya verir. Müsəlman aləminə bir ruh verir. Yoxsa müsəlmanların çoxu yorğunluq, peşmanlıq, ümidsizlik girdabına çox rahat şəkildə düşərdilər.

(A9 TV; 18 aprel 2014)

İnsan beyni də kiçikdir, amma bütün bədəni idarə edir. Mehdi camaatının kiçik olması da “beyin” kimidir; İslam aləminin bir beyni olaraq kiçik birlik olurlar. Mehdiyyətin hikməti budur. Yəni kiçik bir birlikdir, amma bütün İslam aləminə təsir edən beyindir.

(A9 TV; 18 aprel 2014)  

Allahın xüsusi yaratdığı insanlar qədərlərində olduğu üçün Mehdi (ə.s)-ı tanıyıb qəbul edirlər. Yoxsa şeytan insanlarda Mehdi (ə.s)-a qarşı güclü müqavimət yaratmağa çalışacaq, qulaqlarına belə pıçıldayacaq: “Amandır yaxınlaşmayın, təhlükəlidir!” deyəcək. Allah yalnız xüsusi tələbələrini ətrafına toplayır.

(A9 TV; 15 aprel 2014)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)