Allah əvvəlcə bəlanı, pisliyi yetərincə göstərir. Sonra təmizliyi, üstünlüyü, gözəlliyi göstərəcək. Hal-hazırda dünya cəhənnəmi yaşayır. Bir müddət sonra cənnəti yaşayacaqdır.

(A9 TV; 2 may 2014)

Səmimiyyət çox əhəmiyyətlidir. Ona görə əhəmiyyətlidir ki, qurtuluş yoludur. “Allah Qatında ən yaxşı olan, ən təqvalı olandır” deyir. Allah təqvalı olmağın əsas şərtinin səmimiyyət olduğunu qeyd edir.

(A9 TV; 2 may 2014)

İnsanların bir çoxu dindən uzaq yetişdirilir. Allah sevgisindən, Allah qorxusundan uzaq yetişdirilir. Bir çoxu mərhəmətsiz və qəddardır. Belə bir mühitdə günahsız, mələk kimi uşaqları təkbaşına küçəyə buraxmaq olmaz.

(A9 TV; 2 may 2014)

Azərbaycan bizim canımızdır. İki dövlət, bir millətik. Bizim Rizemiz, Konyamız kimidir. Amma hal-hazırda bizdən ayrılmışdır. Süni bir ayrılıqdır. Bunu aradan qaldıracağıq. Xarici İşlər Nazirimiz yorulmadan cəhd göstərir, amma hz. Mehdi (ə.s)-a nəsib olacaq.

(A9 TV; 1 may 2014)

İslamda vəfa, sədaqət vardır. Amma siyasətdə bu yoxdur. Mehdiyyət dövründə bu tamamilə düzələcəkdir. Vəfa da, sədaqət də, şəfqət də olacaqdır. İnsanlar dəyərsiz olmaz, insanların qədir-qiyməti çox yaxşı bilinər.

(A9 TV; 29 aprel 2014)

Siyasətdə vəfa olmaz. Vəhşi kapitalizmin ruhu siyasətə tam hakimdir. Siyasətdə dəstək olmaq körpünü keçənə kimi olar. Körpünü keçdikdən sonra səni tanımaz. Dostluğu da, vəfanı da, yoldaşlığı da, qardaşlığı da unudar.

(A9 TV; 29 aprel 2014)

Abdullah Öcalan ailə quruluşunu, dini qəbul etmir, kommunist idarəetmə istəyir. Türkiyənin Cənub-Şərq bölgəsində yeni Şimali Koreya yaradılmasına icazə vermərik. Allah qorusun bu baş verərsə çox qısa müddət ərzində bütün Türkiyəni əhatə edər. Bütün Türkiyə əldən gedər.

(A9 TV; 27 aprel 2014)

Muxtariyyət bölünmə deməkdir. Cənub-Şərq bölgəsində kommunist Kürdüstan dövləti qurulmasına icazə vermərik. Kommunist, Stalinist idarəetməyə icazə vermərik.

(A9 TV; 27 aprel 2014)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)