Küfr və münafiq oyunu yoxdursa, imtahan yoxdur. İmtahanın ən dəyərli mərhələsi münafiq hücumudur. Quranda küfr əhli ilə elmi mübarizədən daha çox münafiqlərlə elmi mübarizədən bəhs edilmişdir. Münafiq müsəlmanam deyə ortaya çıxıb xəlifələri, əhli-beyti şəhid edən məxluqdur. Şeytanın insan formasına girmiş halı olduğu və Quran ayələrindən istifadə edərək mübarizə apardığı üçün fitnəsi böyükdür.

(A9 TV; 31 dekabr 2017)

Gənclər bir-birinin dininə, imanına üstünlük verməlidir. İnsanın axirətini düşünməmək həm məntiqsizdir, həm də vicdana uyğun deyil. İnsanın axirətini düşünmürsənsə, 5-10 il sonra o yaşlandığı zaman nə olacaq? Ölüb gedəcək, yox olacaq deyə düşünürsənsə, onsuz da sevə bilməzsən, ət-sümük sevilməz. Əgər qarşındakının ruhuna, dininə, imanına əhəmiyyət versən, onun axirətdəki gələcəyini düşünməsən, hörmət göstərməsən o zaman nəyi sevirsən? Axirətini düşünərək hərəkət etsən, o zaman Allah sevgini çox gözəl yaşadar.

(A9 TV; 31 dekabr 2017)

Münafiqlərə verilən müddət və müvəqqəti imkan onların cəhənnəmin dibinə daha sürətlə yuvarlanması üçündür. Hər dəqiqə münafiqin əzabını, acısını, iztirabını artırar. Möminlərə isə fərəhlik, savab, gözəllik və yaxşılıq olar.

(A9 TV; 31 dekabr 2017)

Bacı-qardaşlarımız mütləq Allahı sevənlərlə birlikdə olmağa diqqət yetirsinlər. 2-3 nəfər də olsa Allahı sevənlərə üstünlük versinlər. Ətrafında belə insanlar yoxdursa Allahı sevəcək, Allahdan qorxacaq insanlar yetişdirsinlər. Birlikdə gözəl şəkildə Allahı zikr edərlər, sevgini, dostluğu yaşayarlar.

(A9 TV; 31 dekabr 2017)

Bir hədisi qiymətləndirərkən, Quranın və hədislərin hamısına baxarıq. Ağaclar, daşlar arxasına gizlənən musəviləri göstərəcək, o musəvilər də öldürüləcək deyə bir hədis Qurana da, Peyğəmbərimiz (s.ə.v)-in gözəl üstün əxlaqına da uyğun deyil. Daş, qaya söylədi deyə, insan öldürmək bütpərəst inancdır. İslamda belə inanc yoxdur. Qurana baxdığımız zaman kilsələrin, sinaqoqların qorunmasının lazım olduğunu, Kitab əhli ilə ən gözəl sözlə danışmağın, onlara şəfqət və mərhəmətlə yanaşmağın lazım olduğunu görürük.

(A9 TV; 31 dekabr 2017)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)