Dua Allaha sevgidir. Dua Allaha təslimiyyət və sevginin ən mükəmməl formasıdır. Ayədə işlənən; “duanız olmasa, nə dəyəriniz olardı” ifadəsi, “Məni sevməyiniz üçün sizi yaratdım. Sevginiz olmasa heç nəyin mənası olmazdı” mənasındadır. Dua etdiyin zaman Allahın sənin səsini eşitdiyini, səni dinlədiyini bilirsən, Onunla danışırsan, əlaqə yaradırsan. Bunlar həmişə sevgidir.
(A9 TV; 1 yanvar 2018)
Münafiqlə elmi mübarizə ibadətdir, buna görə də, həmişə gündəmdə saxlayacağıq. Münafiqlə elmi mübarizəni simvolik hala gətiriblər. Həcdə şeytan daşlamaq, münafiq daşlamaqdır əslində. Münafiqi alçaltmaq üçün görülən işdir. Lakin belə simvolik olaraq deyil, ağılla, elmlə, irfanla ömür boyu münafiqləri alçaltmaq lazımdır. Bu, namaz kimi, oruc kimi ibadətdir.
(A9 TV; 1 yanvar 2018)
Dünyada insanlar hal-hazırda azad deyildirlər. Öz özlərinə yaratdıqları ağır təzyiqlər altında yaşayırlar. Hər ölkə, hər bölgə özünə görə təzyiq sistemləri yaratmışdır. Gənclərin, qadınların üzərinə ağlasığmaz təzyiq tətbiq olunur.
(A9 TV; 1 yanvar 2018)
Allah; “əgər şükür etsəniz nemətimi artıraram” deyir. Allaha çoxlu həmd edirik verdiyi nemətlər üçün. Şükür etdikcə Allah hər şeyin ən gözəlini nəsib edir. Evlərin, süfrələrin, gözəlliklərin, paltarların, elmi mübarizənin ən keyfiyyətlisini, ən bərəkətlisini yaşadır. Dünyadakı nemətlərin hamısı, cənnətdəki həqiqilərinin surətidir.
(A9 TV; 1 yanvar 2018)
Müsəlman həyatı ilə İslamın gözəlliyini göstərən insandır. Quranın bizə gətirəcəyi gözəlliyi insanlara həyatımızla göstərməyimiz çox əhəmiyyətlidir. Quran bizə ağıl, keyfiyyət, yüksək xarakter ifadə edər və Allah bizdən bunu istəyər. Bizim də həyatımızda bu keyfiyyətin, gözəlliyin, yaxşılığın olması mühümdür. Bütün keyfiyyəti, qidaları, süfrələri, gözəllikləri ən incə təfərrüatına qədər yaradan Allahdır. Hamısının Allah dərgahında yeri ayrı-ayrılıqda müəyyəndir. İşığı yaradan Allahdır, xarici aləmdə işıq yoxdur. Beynin içi qaranlıqdır.
(A9 TV; 1 yanvar 2018)
Din üçün insanları məhv etmək zülmdür. Allahın zorakılıq əmri yoxdur. Dində məcburiyyət yoxdur. Zorla dini yaşatdığın zaman o insanı mömin deyil, Allah qorusun, münafiq edərsən. Allah təkcə müdafiə haqqı vermişdir. “Əgər təcavüz vardırsa, canınızı qoruyun” deyir Allah. Qılınc gücü ilə insanları dinə yönəltməyin deyir. Din üçün döyüş aparılmaz. Din üçün qan tökülməz, din üçün qan dayandırılar.
(A9 TV; 1 yanvar 2018)
Dünyaya gəldiyimiz zaman nə olduğumuzu anlamağa çalışarıq. Bu təsvir nədir, bu səs nədir, toxunma necə olur, bunları kim bizə göstərir, kim eşitdirir, bu hissləri qəbul edən varlıq kimdir? Ucsuz-bucaqsız kosmosda niyə mövcuduq? Bunu düşündüyümüz zaman dərhal Yaradıcını görərik. O zaman Yaradıcının bizdən nə istədiyini düşünərik. Bu qədər zəhmət, bu qədər qayğı, bu qədər böyük və incə mühəndislik, bu qədər təfərrüat niyə var? İmtahan deyirik, bəs imtahan olunan insan nə üçün imtahan olunar? “Yaxşı olduğu aydın olar, gedib cənnətdə oturar”, bu deyil. Quranı təhlil etdiyimiz zaman sevgidən başqa məqsəd olmadığını görürük. Dəccallar, fironlar, yaxşılıqlar, pisliklər, gözəlliklər, imtahanlar, əzablar, bunların hamısının məqsədinin saf sevgi olduğunu görürük. O zaman biz də bütün insanların dünyada sevgini, saf və həqiqi sevgi yaşamasını istəyirik. Allahın da insanları sevməsini istəyirik. Buna riza deyilər; Allahın rizası. Allahın rizasını qazanmaq, Allahın sevgisini qazanmaqdır. Həyatın bütün məqsədi sevgini qazanmaqdır. Axirətdə Allah möminlərdən; “Məndən razı oldunuzmu?” deyə soruşur. Əsas sual budur. Niyə oxuyursan? Allah rizası üçün. Niyə evlənirsən? Allah rizası üçün. Niyə işləyirsən? Allah rizası üçün. Niyə gözəl əxlaq göstərirsən? Allah rizası üçün. Bir hədəf var; Allahın sevgisi. Allahın rizasını qazanmaq məqsədi, Allahın sevgisini qazanmaqdır.
(A9 TV; 1 yanvar 2018)
İslam ölkələrinin bir çoxunun lideri müsəlmanlara sahib çıxmır. İslam Əməkdaşlıq Təşkilatının konfransında belə bəziləri yatır. Konfranslar bol-bol yemək yeyib, yatıb dağılışma vaxtı kimi görünür. İslam aləmində bu qədər əzab olarkən bu tənbəllik çox böyük vicdani məsuliyyətdir.
(A9 TV; 1 yanvar 2018)
Baş nazirimiz Binali Yıldırım tam Anadolu insanıdır, təvazökar, çalışqan və gözəl əxlaqlıdır. Yeni ildə desantlara baş çəkməsi də çox gözəl olmuşdur. Sahiblənmək gözəl hadisədir, əsgərimizin qəlbinə hüzur verər.
(A9 TV; 1 yanvar 2018)
Mehdiyyətdən başqa insanları sevgi ruhunda birləşdirə biləcək bir yol olmaz. Mehdiyyət ortaya qoyulduğu zaman bu dünyanın ən böyük mənəvi inqilabı olacaq. Mehdiyyət mütləq görüləcək, mütləq olacaq.
(A9 TV; 31 dekabr 2017)





