Müsəlman keyfiyyətini, incəsənət zövqünü, sevincini həyatı ilə göstərər. Keyfiyyətdən bəhs edib nəzakətdən uzaq, incəsənətin olmadığı bir həyat İslam deyil. İslamdan ən yaxşı şəkildə bəhs edilməsi yaşanaraq göstərilməsidir.
(A9 TV; 31 dekabr 2017)
Allah 2018-ci ili xeyirli uğurlu etsin, Allah təkrarına nail etsin. Xeyirlə, sağ-salamat, bərəkətlə. Allah möminlər üçün dünyanı cənnətə döndərsin, insanlara hidayət versin, İslam hakimiyyətini göstərsin. Ölkəmizi xeyirlə, bərəkətlə bürüsün. Allah möminlərə dünyanı cənnətə döndərsin, hər yeri abad və gözəl hala gətirsin. Möminlərin qəlbinə hüzur, fərəhlik, Müqəddəs Ruhla dəstək nəsib etsin. Allah hər cür xeyri, bərəkəti, yaxşılığı, gözəlliyi, incəsənəti, estetikanı möminlərin gözəl ruhuna həkk etdirsin. Möminləri xeyirlə, bərəkətlə uzun yaşatsın.
(A9 TV; 31 dekabr 2017)
Ağıllı düşündüyün zaman qısqanclığın məntiqi yoxdur. İnsanın filmdəki bir təsviri qısqanması nə qədər məntiqsiz olursa, beynimizdə izlədiyimiz təsvirləri qısqanmaq da elə məntiqsizdir. İzlədiyin dünyanın Allah tərəfindən göstərildiyini və bu təsvirdəki bütün varlıqların da Allaha aid olduğunu bilsən qısqanclıq duyğusu qalmaz. Allah bütün qardaşlarımızı qısqanclığın olmadığı cənnətlə mükafatlandırsın.
(A9 TV; 30 dekabr 2017)
Peyğəmbərimiz (s.ə.v) dövründə böyük sevgi mühiti vardı. Qadınlar sanki cənnət həyatı yaşayırdı. Peyğəmbərimiz (s.ə.v)-in vəfatından sonra münafiqlərin qadınlarla bağlı iyrənc fikirləri Rəsulullah (s.ə.v)-in sözü imiş kimi kök saldı.
(A9 TV; 30 dekabr 2017)
İranı parçalamağa yönələn hər hərəkət İngiltərə dərin dövlətinin Yaxın Şərqi qarışdırmaq üçün tətbiq etdiyi planın bir hissəsidir. Xalqın demokratik etiraz etmək hüququ var. Lakin antidemokratik üsullarla İrana qarşı bir oyun oynanılmasına elmlə, irfanla imkan vermərik. Heç bir qonşu ölkəmizdə oyun oynanılmasını istəmirik. Türkiyə, Rusiya, İran ittifaqı bütün bölgənin təhlükəsizliyi üçün çox mühümdür.
(A9 TV; 30 dekabr 2017)
İnsanlarda eqoistlik çox güclüdür. İnsan həm vicdana açıq, həm də çox qəzəbli varlıqdır. Qəzəbli cəhətlərinin tərbiyəsi ölümün mövcudluğu, xəstəliyin, acizliklərin, bəlaların vəsiləsi ilə olur. Allah bizi dünyaya özümüzü tanımağımız və sevməyimiz üçün göndərir. Bir az diqqətli düşünən bir çox sirri görə bilər.
(A9 TV; 30 dekabr 2017)
Allah saf sevgi istəyər. Allah bu qədər gözəllik, yaxşılıq, qayğı, nemət verərkən Allaha qarşı haşa lovğa davranış göstərmək çox böyük vicdansızlıq olar. Haşa özünü Allahdan, Peyğəmbərdən daha ağıllı, daha vicdanlı, daha ədalətli olduğu iddiası ilə Allahı və Peyğəmbəri mühakimə etmək münafiq xüsusiyyətidir.
(A9 TV; 30 dekabr 2017)
Allahın razı olduğu yeganə şey sevgidir. Allah xromosomları, çiçəkləri, bitkiləri, böcəkləri, səmanı, içi maqma dolu yer kürəsinin üzərində güvən içində yaşamağımızı, hər şeyi təkcə sevgi üçün yaratmışdır. Allah sevildiyini görsə qulunu heyrətamiz sevər. Allah bütün gözəlliyi, yaxşılığı göstərdiyi halda, haşa Özü ilə maraqlanmayan, hətta Özünü unutmağa çalışan rəftar görsə bu Allahın qəzəbini cəlb edər.
(A9 TV; 30 dekabr 2017)
Dünya iki günlükdür, lakin İslam əxlaqı yaşanmadığı zaman dəhşət yaşanır. Dünyanın xilas olması İslam Birliyinin yaranmasındadır. Mehdi olmadan isə İslam Birliyi olmaz. Allahın göstərdiyi yeganə çözüm mehdiyyətdir.
(A9 TV; 30 dekabr 2017)
İslam əxlaqında olan himayədarlıq sistemi yaşandığı zaman hamı bir-birinin sığortası olar. İnsanlar hər kəsdən məsul olduğu ən mükəmməl sığorta sistemi budur. Tək bir nəfər üçün bütün İslam ümməti xidmətçi mövqeyində olar. Bütün mal və mülk tək insanın əmri altındadır. İslam əxlaqı dünyaya hakim olduğu zaman, mehdiyyət yaşandığı zaman gələcək qorxusu və bütün narahatlıqlar aradan qalxacaq.
(A9 TV; 30 dekabr 2017)





