Hədiyyə insanların qəlbini fərəhləndirən gözəllikdir. Xüsusilə qadınlar hədiyyəni çox xoşlayarlar. Mütləq maddi dəyərinin olmasına ehtiyac yoxdur. Hədiyyə, o insanın gözəl əxlaqını və səxavətini göstərdiyi üçün gözəl sevgiyə səbəb olar.

(A9 TV; 1 yanvar 2018)

Müsəlmanların arasında zənginlik, məqam, mövqe meyar deyil. Mənim dostlarım səmimi imanla hərəkət edən insanlardır. Çox az yuxu yataraq bütün maddi imkanlarımızla canımızı ortaya qoyaraq Allah yolunda səy göstəririk. Biz bunun təqdirini insanlardan gözləmirik, lakin diqqətlə baxan insan bizim birliyimizin gecə-gündüz səyini görər. Bir qəpik pul almadan, hər dəqiqə Allahın dinini yaymaq üçün səy göstərir, eyni zamanda da küfr əhlinin və münafiqlərin hücumları ilə mübarizə aparırıq. Bütün maneə olma cəhdlərinə baxmayaraq, şövqlə İslamdan bəhs etməyə davam edirik.

(A9 TV; 1 yanvar 2018)

Allah Kitab əhli ilə ən gözəl olan üslubla danışın deyir. Müsəlmanın xristianlara və musəvilərə dəvəti tək olan Allaha iman gətirməkdir. Onlara qarşı şəfqətli və anlayışlı olmaqla məsuldur. Kitab əhlindən olan qadınlarla evlənmək müsəlmana halaldır. Bu da müsəlmanlarla Kitab əhlinin yoldaş, dost ola biləcəyini göstərər.

(A9 TV; 1 yanvar 2018)

Müsəlmanlara kütləvi hücum olduqda Xızır mütləq fəaliyyətə keçər. Mələklər də mütləq həmlə etmək üzrədirlər. Müsəlmanlara böyük həmlə olduqda onları qorumaq üçün mələklər və Xızır hər şeyi edə bilərlər. Mələklər də hadisə yerində olar, lakin müsəlmanlar bunu görməyə bilərlər. Hətta mühüm şəxslər də orada olar.

(A9 TV; 1 yanvar 2018)

Allahın elmi və ağlı çox yüksəkdir. İnsan hər şeyi dərk edə bilmir. Ən kiçik yaddaş itkisində insan tam fərqli şeylə qarşılaşa bilər və ya hadisənin əslini başa düşməyə bilər. Məsələn, insan yuxuda cürbəcür aləmlərə daxil olur. Yuxuda çox təfərrüatlı və aydın bir hadisə yaşayır. Oyandığı zaman; “bunu unutmayım” deyərkən yavaş-yavaş bütün yuxu yaddaşından silinir. Ondan sonra nə qədər çalışsa o yuxu yadına düşmür. Yaddaş itkisi bu cür şeydir. Yaxud bəzən yuxu çox aydın olur, yuxudan oyandığını düşünür, sonra baxır o da yuxudur. Hələ yatağında yatdığını anlayır.

(A9 TV; 1 yanvar 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)