Sevginin təməl nöqtəsi şüur açıqlığı və səmimiyyətdir. İnsanın adi, bəsit komplekslərlə boğuşmamısı lazımdır. Beynin saflığını, təmizliyini, itiliyini çox yaxşı qoruması lazımdır. Allahın mövcudluğunu bilmək heyrətamiz sevinc vəsiləsi və rahatlıqdır. Sonsuz Ağla sahib bir varlığın nəzarəti altındasan, səni sevir və sən nə istəsən edir. Bu, çox böyük nemətdir. Əvvəlcə bütün sevginin Allaha yönəldilməsi əhəmiyyətlidir. Sevgini tamamilə Allaha yönəltdiyin zaman, Allah seviləcək insanlar olaraq sənə təcəlli edər. Allah beləliklə sevgini Özünə yönəldəni mükafatlandırar. Diqqətin Allahdan yayınmaması çox əhəmiyyətlidir. Allahı unudub hər hansı insan, cisim, mənfəət, ideoloji cərəyana diqqətin yönəlməməyi lazımdır. Allahın Fatihədə bildirdiyi ən doğru yol, Allahdan diqqətin heç yayınmamasıdır. İnsan ağlı bəzən zəifliyə meyllidir, bir anda sürüşə bilər. Sürüşdüyünü hiss etdiyin anda dərhal toplamaq lazımdır. Heç bir sürüşmə olmadan dümdüz gedildiyi zaman Allah əbədi olaraq sevgi içində yaşadar.
(A9 TV; 30 dekabr 2017)
Millətin sağlam düşüncəsi Tayyib hocamdan yanadır. İngilis siyasətinin təsiri altında olanların anlayışındakı yanlışlıqları millətimiz görür. İngiltərə dərin dövlətinin üsulları barədə xalqımızı çox ətraflı məlumatlandırdıq.
(A9 TV; 30 dekabr 2017)
Ədəbsizlər əsasən ruhu olmayan insanlardır. Leş gördüyü zaman insanın mədəsi necə narahat olursa, bunlar da cəmiyyətin leşidirlər. Ədəbsizlik çox murdar və xoşagəlməz olduğu üçün o məxluqlarla münasibət qurmamaq lazımdır.
(A9 TV; 29 dekabr 2017)
Demokratik nümayişə, haqqın tələbinə hər kəs hörmət edər. Lakin İranı parçalamağa, dağıtmağa cəhd edən olsa buna qanunla, hüquqla imkan vermərik. İngiltərə dərin dövləti bölgə ölkələrini bir-bir parçalamaq istəyir. İranın qorunması üçün Türkiyə və Rusiya zamin olsun. İranın tək olmadığını Tayyib hocam da çox güclü vurğulasın. Putinlə görüşsünlər, İranın parçalanmasına imkan verilməyəcəyini açıqlasınlar.
(A9 TV; 29 dekabr 2017)
Dünyanın bir Osmanlıya ehtiyacı var, lakin bu bildiyimiz Osmanlıdan fərqli olacaq. Müharibənin, qılıncların, davanın, qanın olmadığı bir Osmanlı olacaq. Əcdadı unutmaq istəməmək gözəllikdir, onların ruhunu yad etmək istəyiriksə İslam Birliyini istəməyimiz kafidir. İslam Birliyi saf sevgiyə əsaslanacaq, mənfəət əlaqəsi heç vaxt olmayacaq. Təkcə Allah rizası üçün saf sevgi üçün birlik olacağıq. Sevgi süd kimidir, sevgiyə qatqı olmaz milli mənafe dediyin an sevgini yox etmiş olarsan. İslam Birliyini saf sevgi ilə yaradacağıq, İslam əxlaqını saf sevgi ilə hakim edəcəyik inşaAllah.
(A9 TV; 29 dekabr 2017)
İmtahan deyilən şey sevginin öyrənilməsidir. Allah bu dünyada bizi bizə tanıdır, niyə sevməli və sevilməli olduğumuzu bizə öyrədir. Dünyada həm özümüzü, həm də bir-birimizi tanımağımız üçün varıq. İmtahanın məqsədi qulun özünü sevməsi, qulun Allaha sevgisinin güclənməsidir.
(A9 TV; 29 dekabr 2017)
Şirk sistemi içində həqiqi din yox olduğu üçün, həqiqi İslam dini ortaya çıxdığı zaman insanlar bunu heyrətlə qarşılayırlar. Bütün peyğəmbərlər; “mövcud dinimizi yox etdilər” ittihamı ilə üz-üzə qalıblar. Tarixdə də Əbdülqadir Gilani, İmam Rəbbani kimi İslam dinini canlandıran bütün mübarək şəxslərə şirk bataqlığındakı insanlar hücum ediblər. Şirk sistemi içində həqiqi İslam təəccüblü görünər; lakin doğru olan, hər zaman həqiqi İslamdır. Həqiqi İslam qaranlığın içindəki ulduz kimi parlayar. Qaranlığa alışmış insan üçün də ulduz heyrət oyandırandır.
(A9 TV; 29 dekabr 2017)
Allahdan uzaq olmağa heç bir bədən, heç bir hüceyrə dayana bilməz. İnsan Allahdan uzaq olduqda, hüceyrələr intihar etməyə başlayar və insan dərhal çökər. İnsan Allahı sevdiyi zaman, Allaha yaxın olduğu zaman gənc və gözəl olar.
(A9 TV; 29 dekabr 2017)
Mömin təvazökar olmaq üçün özəl çalışmaz. Özü və dünya barədəki həqiqəti bildiyi üçün həddini bilər. Ağıllı düşünər. Bədəninə baxar; ətdən, sümükdən yaranmışdır, həyat çox qısadır, ölüm çox yaxındır, hər şeyə hakim olan Allahdır, danışdıran Allahdır, gözəlləşdirən Allahdır, sevdirən Allahdır. Bunları bildiyi üçün təbii olaraq təvazökardır.
(A9 TV; 29 dekabr 2017)
Bizim dost mühitimizdə fitnə, dedi-qodu, aqressivlik, dava yoxdur. Stress aradan qalxdığı üçün, sevgi dolu mühitdə olduqları üçün dostlarımın həm baxışları, həm də dəriləri çox gözəlləşir. Güvən içində olmağın rahatlığı üzərində olur.
(A9 TV; 29 dekabr 2017)





