Gənclərlə apardığımız küçə müsahibələrində eqoistliyin böyük nisbətdə aradan qalxdığını, mövhumatçılığa qapalı, Allaha iman gətirən, Quran müsəlmanlığını qəbul edən, ziyalı, mehriban, sevgi dolu, gözəlliyi və keyfiyyəti axtaran bir nəsil yetişdiyini görürük. Bu, mehdiyyətin təsirini, Allahın lütfünü bizə göstərir. Mehdiyyətə hekayə nəzəri ilə baxanların mübarizələrinə baxmayaraq, öz düşüncələrinə sahib bir nəsil yetişdirə bilmədiklərini, ənənəçi, içinə qapanıq bir nəsil yetişmədiyini görürük. Tam əksinə çox müsbət, ziyalı, həyat dolu, Allahı çox sevən, dindar, şən, üfüqü geniş bir nəsil yetişdiyini görürük.

(A9 TV; 2 yanvar 2018)

Lövhi-Məhfuz Allahın sonsuz yaddaşıdır. Yaddaş deyildikdə bəzi insanlar insan yaddaşı kimi bir şey qavrayırlar. Lövhi-Məhfuz kainatın sonsuza qədər bütün hallarının Allahın dərgahında hal-hazırda hazır olmasıdır. Hal-hazırda Fateh Sultan Mehmet İstanbulu fəth etmək üçün hazırlanır. Hal-hazırda Hitler indicə dünyaya gəldi. Alman orduları Parisə hələ yeni daxil oldu. Adəm hal-hazırda yaradıldı. Hz. Musanın önündə dəniz hal-hazırda iki hissəyə ayrılır. Allah dərgahında, bütün yaşananlar və yaşanacaqlar eynisiylə hazır olaraq hal-hazırda mövcuddur. Lövhi-Məhfuz, gəlmiş və gələcək bütün bilginin Allah dərgahında hal-hazırda hazır olmasıdır.

(A9 TV; 2 yanvar 2018)

İnsanların bir hissəsi gözəl olmadıqları zaman özlərini sevmirlər və bu onlara çox mənfi təsir edir. Halbuki Allahın insanı çatışmazlıqlarla, qüsurlarla, xəstəliklərlə yaratması onu cənnət üçün hazırlamasıdır. Lakin cəmiyyətin böyük hissəsi səhv təlqinlə yetişdiyi üçün gözəl olmayana pis münasibət göstərirlər. Halbuki tam əksinə o insanlara daha çox şəfqətlə və qayğıyla yanaşmaq lazımdır. Bir insana gözəl olmadığı üçün pis davranmaq vicdansızlıqdır. O insan onsuz da ağır imtahan olunur, ona yardımçı olmaq lazımdır. Quran əxlaqı ilə davranmaq hər məsələyə şəfadır.

(A9 TV; 2 yanvar 2018)

İçkisiz, harama girmədən, tərtəmiz olaraq yeni ilin necə qeyd ediləcəyini bütün dünyaya göstərdik. Müsəlmanın incəsənət, keyfiyyət, sevgi, dostluq, təmizlik, nizam anlayışını bütün dünya gördü. Müsəlman olaraq dünyaya İŞİD-i, Əl-Qaidəni göstərirdilər. Bizim həyatımızla dünyaya İslamın gülən, şən, parlaq, müasir, keyfiyyətli, həyat dolu üzü göstərildi.

(A9 TV; 2 yanvar 2018)

İran nümayişçilərə sərt qarşılıq verməkdən qaçsın. Rusiya və Türkiyə, İrana dəstəyini güclü saxlasa bu da imtina etdirən və təsirli üsul olar. Rusiya və Türkiyə; “İran dost ölkədir, dəstək üçün hər an hazır vəziyyətdə gözləyirik” desə qarışıqlıq yaradanlara imtina etdirən təsir yaradar.

(A9 TV; 2 yanvar 2018)

Hörmətli Çavuşoğlunun PKK ilə çözüm prosesi başlanacağına dair xəbərin doğru olmadığını açıqlaması gözəldir. Lakin PKK-ya qarşı əsas aparılması lazım olan ideoloji mübarizədir. Onların yanlış olsa da bir inancları, batil dinləri var. Kommunist, materialist, darvinist dinləri var. Bu dini fikri olaraq aradan qaldırsan PKK-nı da aradan qaldırmış olarsan. PKK; “bizim qeyd etdiyimiz sistem məktəblərdə onsuz da öyrədilən elmi həqiqətdir” deyir. PKK-nın uca ideologiyası kommunizmdir, məqsədi bölgədə kommunist dövləti yaratmaqdır. “Bax biz bunu deyirik, məktəblərdə də Adəm və Həvva gəlmədiyi bildirilir. Dövlət də bunu müdafiə edir” deyir. Bu vəziyyəti tezliklə aradan qaldırmaq lazımdır.

(A9 TV; 2 yanvar 2018)

İnsan həmişə səmimiyyətini, Allahın böyüklüyünü dərk edib-etmədiyini yoxlamalıdır. Allaha 70%-80% deyil, 100% böyüklük aid etməlidir. İnsanların çoxu, Allah dünyanı yaratmışdır, dünyada bəzi hadisələri bilər, bir hissəsini unudar, kosmosla heç maraqlanmaz kimi yanlış qənaətə sahibdirlər. Allahın şənini layiqincə bilmək lazımdır. Allah hər şeyə tam qüsursuz hakimdir. Allahın gücünü anlamazlıqdan gəlmək çox böyük vicdansızlıq və ağılsızlıq olar. Sonsuz gücün bir məsələdən xəbəri olmadığını iddia etmək məntiqsizdir. Allahı, haşa, yarım böyük hesab edən yarım həyat yaşayar, sonsuz böyük olduğunu görsə əbədi rahatlıq içində yaşayar.

(A9 TV; 1 yanvar 2018)

Həmişə yaxşılıq üçün daxili aləminə qayıdıb Allahın böyüklüyünü dərk etməyə çalışmaq lazımdır. Allahı orta dərəcədə böyük hesab edirlər. Bu zülmdür. Allahın gücünün müəyyən yerə qədər çatacağını zənn edir. Allah xalçanın üzərindəki bütün ilmələri, kainatdakı bütün ulduzları, içindəki bütün atomları bilir. Allah çox böyük qüvvədir. Bunun dərk edilməsi çox əhəmiyyətlidir. Əks halda Allaha qarşı çox böyük hörmətsiz rəftar göstərilər. Allah sonsuz gücdür. Sonsuz gücün olması necə də gözəldir. Niyə orta güc sahibi olmasını istəyirsən? Sən sonsuz güc sahibi olan Allaha özünü təslim et, gör necə rahat olursan.

(A9 TV; 1 yanvar 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)