Bizə Amerikanın və Türkiyənin radiolarında, televiziyalarında çıxış etmək imkanı verilsə kommunizmin, terrorun, anarxiyanın əsassızlığını çox gözəl şəkildə bütün bölgə xalqına izah edərik. Hər yer çox sakit olar. Hamı bir-birini qucaqlayar. Məsələ də bitər.
(A9 TV; 25 oktyabr 2014)
Hər yerə fikir adamı, düşünəbilən insan göndərmək lazımdır. Türkiyənin, Amerikanın çox gözəl imkanları var; radioları, televiziyaları, qəzetləri var; istifadəmizə versinlər, çox gözəl bir təbliğat fəaliyyəti icra edək. Bir ay belə çəkmədən hər yerde əminamanlıq olar.
(A9 TV; 25 oktyabr 2014)
Bədiüzzaman Səid Nursinin nəşr olunmayan bir məktubu vardır, orada; “Dindar isəvilər siyasəti boynuna götürər” deyir. Dünya siyasətini boynuna götürər. “Mehdi (ə.s) da təbliğat vəzifəsini yerinə yetirər” deyir.
(A9 TV; 25 oktyabr 2014)
Kürd qardaşlarımı niyə sevirəm? Təqvalı, gözəl əxlaqlı olduqları üçün sevirəm. Heç kəsi irqindən ötrü sevmərəm. Təqvasına görə sevərəm. Hamımız hz. Adəm (ə.s)-ın övladlarıyıq; Adəmiyik.
(A9 TV; 25 oktyabr 2014)
Hər bir müsəlman İslam milliyətçisidir. Mən irq milliyyətçisi deyiləm. Mənim üçün Kürd, Laz, Çərkəz hamısı eynidir. Üstünlük təqvadadır.
(A9 TV; 25 oktyabr 2014)
PKK zülm əkdi, zülm biçir. Bəla əkdi, bəla biçir. Onlar İŞİD-ə həm bu zorakılığı, həm də mərhəmətsizliyi öyrətdilər. Allah PKK-ya bəla verir.
(A9 TV; 25 oktyabr 2014)
Amerika məsələləri zorakılıqla, təyyarə ilə, bombayla deyil, sevgiylə, mərhəmətlə həll etməyi öyrənməlidir. Amerika Qurana tabe olsa bütün bölgə Amerikaya çox sevgi bəsləyər. Sən Qurana inanan insanlara Quranla yaxınlaşmalısan.
(A9 TV; 22 oktyabr 2014)
PYD Amerikanın muzdlu əsgəridir. Amerikanın jandarmlarıdır, satılmış jandarmaları.
(A9 TV; 22 oktyabr 2014)
PYD-PJAK-PKK, bunların ümumi bir adı vardır, hamısı PKK-dır. Təkcə bir liderləri, bir partiyaları, bir rəhbərlikləri vardır, üsul eynidir, hər şey eynidir, aralarında heç bir fərqlilik yoxdur, əmr komandazənciri təkdir. Hamısı PKK qeyri-leqal təşkilatının adamıdır.
(A9 TV; 22 oktyabr 2014)
Şirk insanı məhv edər. Cinayətə də yol açar, adam öldürməyə də, öz canına qıymağa da, yandırmağa da, dağıtmağa da səbəb ola bilər. Amma şirkdən xilas olsa, nurlu bir adam olar. Məhz bunu da imam Mehdi (ə.s) təmin edəcək inşaAllah.
(A9 TV; 19 oktyabr 2014)





