İŞİD bizim sevgimizi, dostluq anlayışımızı öyrənəcək, qan axıtmadan, insanların burnu belə qanamadan təbliğ etməyi öyrənəcək. Buna biz vəsilə olacağıq. Silahlar ləğv ediləcək, vaxtı gələndə İŞİD bunu qəbul edəcək. Biz də inşaAllah Mehdi (ə.s)-ın liderliyində buna vəsilə olacağıq.
(A9 TV; 29 oktyabr 2014)
Diyarbakıra laz icra başçısı gedəcək, Mardinə çərkəz icra başçısı gedəcək, kürd icra başçısı İstanbula gələcək, kürd icra başçısı Ankaraya gedəcək. Türkiyə belə gözəl olar. Türkiyə başqa cür olsa bölünər. Heç vaxt belə bir şey etməyin. Bu, sevgisizliyə gətirib çıxarar.
(A9 TV; 29 oktyabr 2014)
Hər halda İŞİD 2-3 il bölgədən çıxmaz. Yəni, Mehdi (ə.s)-ın zühuruna qədər çıxmaz.
(A9 TV; 29 oktyabr 2014)
İŞİD-i dəstəkləmək olmaz; çünki şirk içindədir. Amma bir çox müsəlman şirk içindədir. Mən onların inancını dəstəkləyə bilmərəm. Mənim inancıma görə Quran yetərlidir. Onlar Quranın yetərli olduğunu qəbul etmirlər. Bu səbəbdən də, dəstəkləməyimdən söhbət belə gedə bilməz.
(A9 TV; 29 oktyabr 2014)
PKK-nın silahı yerə qoyması demək, PKK-nın məhv olması deməkdir. PKK demokratik yola daxil olduğu təqdirdə, məhv olub gedər. Demokratik mübarizə aparan bir PKK yoxdur, o dəqiqə məhv olar. Buna görə də silahı yerə qoymaz.
(A9 TV; 28 oktyabr 2014)
Kürd milləti, kürdlər, kürd qardaşlarımız, kürd xalqı olduqca dindardır. Abdullah Öcalan dindar bir inancı müdafiə etmir, Stalinist bir inancı müdafiə edir. Kürd qardaşlarımız üçün bu, ən pis təhqirdir. Bir kürd qardaşıma “sən Stalinist ol” demək küfr etməkdir.
(A9 TV; 28 oktyabr 2014)
İŞİD qrupu imanda səmimidir, lakin mühafizəkar Ortodoks inancına sahibdir. Yəni hadisənin içərisində şirk var. O kitablarda asmaq, kəsmək yazır, onlar da onu tətbiq edirlər. Bu səhvin düzəldilməsi üçün bütün dünya qərara gəlməli, mehdiyyətdə birləşməlidirlər. Yoxsa əbəs yerə mübarizə apararlar.
(A9 TV; 28 oktyabr 2014)
PKK, “Çox namərd xain” mənasını verər. Açılışı budur.
(A9 TV; 25 oktyabr 2014)
Şəhidliklə fəxr edilər. Şəhidlik şərəfdir, nemətdir, yas saxlayacaq bir şey yoxdur. Müşriklər yas saxlayarlar. Kafirlər ağlayar, Allah ayədə: “Az gülüb çox ağlasınlar” deyir. Bəs sən nə deyirsən? “Gülməyin” deyirsən. Allah bunu müşriklər üçün söyləyir. Müsəlman gülər və Allaha olan eşqindən ötrü ağlayar.
(A9 TV; 25 oktyabr 2014)
Amerika Allaha təslim olsun, darvinist-materialist təhsili dayandırsın. Dinsizliyə qarşı öz münasibətini bildirsin. Amerika dindar olduğu vaxt çox zəngin idi, dindarlığı tərk etdikdən sonra kasıblaşdı.
(A9 TV; 25 oktyabr 2014)





