Bəs Amerika Talibanı məğlub etmişdi? “Bombayla məğlub edərik” deyirdilər. Texnologiyasına güvənir. Texnologiyana güvənmə, sevginə güvən. Şəfqətinə, ağlına, imanına, elminə güvən. O insanlar məzlum adamlardır, çox asanlıqla razı sala bilərsən.

(A9 TV; 2 noyabr 2014)

Türkiyəni bölməyə çalışarlarsa, dünyanı başlarına yıxarıq, qiyamət qopar. İzin vermirik, bunu unutmalıdırlar. Kim bu layihənin içindədirsə, Allah onu məhv etsin. Kim bu planın içindədirsə, Allah onu məhv etsin. Kim buna qərar veribsə, Allah onu məhv etsin, Allah ona hər cür müsibət versin. Allah başlarına yağış kimi bəla yağdırsın. İzin verməyəcəyik.

(A9 TV; 2 noyabr 2014)

Avropa və Amerikanın istədiyi yol xəritəsi; Abdullah Öcalanın istədiyi yol xəritəsi, yəni PKK-nın istədiyi yol xəritəsidir; o da Cənub-Şərq bölgəsində böyük bir ərazinin Türkiyədən ayrılaraq “PKK kommunist-Stalinist” dövlətinə verilməsi və Abdullah Öcalanın bu dövlətin prezidenti vəzifəsinə gətirilməsidir. Məsələ budur. Sülh mərhələsindəki məqsəd budur.

(A9 TV; 2 noyabr 2014)

Allah diqqətimizi açsın, Özünə daha çox bağlanmağı və sevgimizi yalnız Ona yönəltməyi nəsib etsin. Ağlımızı gücləndirib, Allahın dəlillərini yaddaşımıza həkk edib; şüurlu və səmimi bir şəkildə imanımızı gücləndirib davam etdirsin. İman zəifliyi çox təhlükəlidir, Allah qorusun.

(A9 TV; 1 noyabr 2014)

Gözəllik Allahındır, gözəllik Allaha aiddir. İnsanlar necə də Allahı yaddan çıxartmağa meyillidirlər. Allah insana: “Zaluma və cehula”, yəni, “zalım və cahil” deyir. Bütün gözəllik Ona aiddir, buna baxmayaraq, hələ də sevgini, gözəlliyi kişiyə verir, qadına verir.

(A9 TV; 1 noyabr 2014)

İnsan nəticədə aciz bir varlıqdır. Ölüb qəbirə gedir. Sevdiyi kimsə öldükdə özünü itirir; “Ölürəm, yanıb yaxılıram, məhv oluram” deyir. Qəbirdəki vəziyyətinə nə deyəcəksən? Görəndə qorxub qaçır. Bəs onda kimi sevmək lazımdır? Allahı. Sənə o görünüşü göstərən kimdir? Allahdır.

(A9 TV; 1 noyabr 2014)

İnsan sevgisinə aludə olarsansa şirk olar. Allaha olan sevgindən ötrü sevməlisən. Mahnılar belə həmişə ayrılıqla bağlıdır. Allahın təcəllisi olaraq sev. Allahın təcəllisi olaraq sevsən, o cür mahnıya ehtiyac qalmaz. O qədər iztirab çəkməzsən.

(A9 TV; 1 noyabr 2014)

Türkiyənin dünyanı düzgün məlumat vermə agentliyi olsun. Bu agentliyin məqsədi yalnız səhv məlumatları düzəldib doğrusunu insanlara çatdırmaq olmalıdır. Həm radio, həm televiziya, həm də qəzet formasında informasiya yayan bir yer. Doğru Məlumat Vermə Agentliyi. Dünyadakı səhv məlumatları da düzəltsin, Türkiyədəki səhv məlumatları da düzəltsin.

(A9 TV; 31 oktyabr 2014)

Kürd mübarəkdir, möhtərəmdir, dindardır, alicənabdır. Əxlaqlı bir varlıqdır. Kürd deyildikdə, mütləq alicənab bir insanla qarşılaşacağımdan əmin oluram. İrqçi məqsədli olaraq deyil, alicənab insanlardır, təqvalı insanlardır. Təqvalarından ötrü üstündürlər. Ona görə sevirəm.

(A9 TV; 29 oktyabr 2014)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)