Hz. Süleyman nemət əldə etmək üçün çalışmadı, nemətdən qaçdı, nemət ona tərəf gəldi. Hz. Yusif (ə.s) nemətdən qaçdı, nemət onun arxasınca getdi. Mən ömrüm boyu nemət əldə etməkdən qaçdım. Həmişə neməti Allah yanıma göndərdi. Əlhəmdülillah.
(A9 TV; 12 oktyabr 2014)
Orta yolla gedən müsəlman deyə bir şey yoxdur. Qurana tabe olan müsəlman vardır. Qurana əməl edirsə tabe olur, əməl etmirsə tabe olmur. İki cür müsəlman vardır. Biri Qurana əməl edən, biri də əməl etməyən. Orta yolla gedən müsəlman olmaz.
(A9 TV; 12 oktyabr 2014)
Biz silaha qarşıyıq, qana da qarşıyıq. Gülləyə qarşıyıq. Qan qoxusu, barıt qoxusu istəmirik. Ətraf təmiz qoxsun, gül kimi qoxsun.
(A9 TV; 12 oktyabr 2014)
Mehdi (ə.s) zühur edənə qədər, İŞİD-ə gücləri çatmaz. İŞİD türk millətinə də müdaxilə etməz. Hədislərdə belə bir hökm yoxdur. Rəsulullah (s.ə.v) 1400 il bundan əvvəl, belə bir quruluşun meydana gələcəyini ən incə təfərrüatlarına qədər bildirmişdir.
(A9 TV; 11 oktyabr 2014)
Allah şərik qoşanların qəlblərindən sevgini çəkib alır. O qaçır, o qovur, o qaçır o qovur. Halbuki, sevgisini, gözəlliyi birbaşa Allaha yönəltsə, Allaha dua etsə Allah ona nəsib edər.
(A9 TV; 11 oktyabr 2014)
Sevirsənsə, əvvəlcə Allahı sev, Allahı sevdiyini göstər. Həyatına əks olunsun. Boş yerə “sevirəm” demək olmaz. Səndə coşğulu iman əlaməti olmalıdır. Onda Züleyxanı axtarmağına ehtiyac qalmaz. Allah Züleyxanı sənin yanına göndərər.
(A9 TV; 8 oktyabr 2014)
Biz İŞİD-lə vuruşmarıq. Türk əsgəri əsla belə bir şey etməsin. Havadan bombalama filan, bunların heç birini etmərik. Bu çox böyük mənəvi məsuliyyət tələb edən bir şeydir. Birbaşa haram olar.
(A9 TV; 8 oktyabr 2014)
Axırzaman şəxsi harada olarsa, həmin ölkəyə bərəkət gələr. O ölkəyə bərəkət gələr, bəlalardan və böyük fəlakətlərdən qorunar. Hazırda Türkiyə maddi və mənəvi cəhətdən mehdiyyətin bərəkətini yaşayır. Bunu bilsinlər.
(A9 TV; 8 oktyabr 2014)
Allahsız, kitabsız, dinsiz, imansız PKK qövmü artıq tarixə qarışdı. Necə ki, Nəmrud qövmü, Firon qövmü tarix oldusa, artıq onlar da tarix oldular.
(A9 TV; 8 oktyabr 2014)
PKK-nın 40 illik ömrü sona çatdı. Bu səbəbdən də, PKK qövmü aradan qaldırılır. Kürd qardaşlarımız əziz və ali olacaq, dəyərləri bilinəcək, xoşbəxt və rahat yaşayacaqlar.
(A9 TV; 8 oktyabr 2014)





