Abdullah Öcalanın həbsxanadan çıxması barədə söhbət belə gedə bilməz. O mütləq həbsxanada qalmalıdır. Allah qorusun, əgər o çıxsa, onda bütün PKK-lıların azad edilməsi lazım gələr. Bu təqdirdə, onsuz da PKK qanuni hala gəlmiş olar. Belə olduqda isə Cənub-Şərq bölgəsində dövlət yaradılması da qanuni hala gələr.

(A9 TV; 19 oktyabr 2014)

Çox başlı bir PKK varmış kimi göstərirlər, bu bir aldanmadır, yanlışlıqdır. PKK daim tək bir mərkəzdən idarə edilir. Bütün dərdəri Abdullah Öcalanı tezliklə azadlığa qovuşdurub prezident vəzifəsinə gətirmək, Cənub-Şərq bölgəsində yaradacaqları kommunist Kürdüstanın başına keçirməkdir.

(A9 TV; 19 oktyabr 2014)

Abdullah Öcalanın və PKK-nın Allahsız, kitabsız olduğunu dəlillərlə isbat etdik və bütün bölgə oyandı. Xalq qəhrəmanı kimi göstərirdilər. Ondan sonra Cənub-Şərqli igidlərimiz, kürd qardaşlarımız bunlardan nifrət etdi. Hazırda isə tək qaldılar. Hər yerdə təhqir olunur və alçaldılırlar. İŞİD də bunları məhv etdi. Bu, Allahdan onlara bir bəla olaraq gəldi.

(A9 TV; 14 oktyabr 2014)

Biz İŞİD-i, hər hansısa bir yolla qanla boğmağa çalışan hər hərəkata qarşıyıq; ancaq fikirlə mübarizə aparmağı düşünürük. Qapımızı qatil təyyarələrə açmarıq. Cinayət törətmək üçün gələn təyyarələrin hava limanlarımıza daxil olmalarına imkan vermərik. Bunu unutmalıdırlar.

(A9 TV; 14 oktyabr 2014)

Sevgidən danışmaqdan bezmək olmaz. İsrarla sülh, israrla sevgi. Məsələn, iki il sevgidən bəhs edir, üçüncü il yorulur, imtina edir. Sülhdən beş il bəhs edir, altıncı il isə dözə bilmir. Olmaz. Ömrünün sonuna qədər sülhü və sevgini müdafiə etməlidir. Bu fərzdir.

(A9 TV; 13 oktyabr 2014)

Sevginin daxil olmadığı bir yerdə məğlubiyyət vardır. Sevginin olmadığı bir yerdə ağılsızlıq, ölüm vardır. Sevgisizlik ölüm gətirir, acı, iztirab, bərəkətsizlik, uğursuzluq gətirir. Başqa bir şey gətirməz.

(A9 TV; 13 oktyabr 2014)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)