İrana qarşı aparılan əməliyyata digər müsəlman ölkələr laqeyd yanaşmasın. Başlanğıcda dayandırılması mühümdür. İran da azadlıq məsələsinə üstünlük versin. Gənclərin və qadınların rahat yaşaya biləcəyi, hörmət görəcəyi sistemi tezliklə hakim etsin, şiə-sünni qardaşlığını əsas götürsün. İngiltərə dərin dövlətinin münafiq qruplaşması var. Həm İranı, həm də Səudiyyə Ərəbistanı qarışdırmaq istəyirlər. Buna tamaşaçı qalmayaq. Müsəlman qardaşlarımızı qoruyaq.

(A9 TV; 2 yanvar 2018)

Allahı keyfiyyətli dərinliklə yadda saxlamaq lazımdır. İnsanlar yemək yeyib, Allaha şükür edir, pulunu verib çıxır. Bu cür olmaz. Allahın fövqəladə böyüklüyü və gücü var. Bunu çox yaxşı dərk etmək lazımdır, çox yaxşı düşünmək lazımdır. İnsanların böyük hissəsi Allahı orta böyüklükdə bilirlər. Belə deyil. Allah çox böyükdür. Lakin insanlar çox böyük anlayışını da tam dərk edə bilmirlər. Allah tək bir xalçadakı bütün iplikləri, bütün atomlarını, bütün neytronlarını, protonlarını bilir. Bu amansız ağıl deməkdir. Belə ağlın özünə kömək edə bilməyəcəyini, dişinin ağrısından, dizinin ağrısından xəbəri olmadığını zənn edir. Halbuki dişinin ağrısı da, dizinin ağrısı da xüsusi olaraq yaradılır. Ağrı öz-özünə bir sənətdir. Çox mürəkkəb sistemlə ağrı xüsusi olaraq yaranır. Ağrını yaradan, ağrını hiss etdirən, dərmanları yaradan Allahdır. Bu məsələni incə-incə çox düşünməyimizi və dərk etməyimizi istəyir Allah. Bunu dərk edə bilməsək sevgi və cənnəti dərk edə bilmərik. O zaman Allah o sevgi dərinliyini vermir, insanlar küt olur.

(A9 TV; 2 yanvar 2018)

Mənim dostlarımın fədakarlıqlarını insanlar bilsələr çox heyrət edərlər. Həyatlarının hər dəqiqəsini Allah üçün yaşayırlar. Əvəzində heç bir ödəniş gözləmirlər. Mən 40 ildir ki, heç istirahət etmədim. Hər dəqiqəmiz Allah üçün, İslam üçün, İslamı təbliğ üçündür. Efirə gələrkən bağçada gülləri sevmək üçün belə ayıracağam vaxta qıya bilmirəm, tezliklə gəlib təbliğ etmək üçün. Bütün qardaşlarım da bu əxlaqa sahibdir.

(A9 TV; 2 yanvar 2018)

Allaha təşəkkür etmək çox mühüm vicdan əlamətidir. Bəzən Allah insanlara imtahan olaraq çətinliklər verər. Bəzi insanlar da bu çətinliklə mübarizə apararkən Allaha təşəkkür etməyi unudur və ya başına gələni bəla kimi görüb Allahı tərk edib başqa şeylərə doğru gedər. Başına gələndən dolayı, haşa Allaha qəzəb bəsləyər, şeytan da bu qəzəbi hiddətləndirib şükürə mane olar. Şeytan harada mane olursa, orada diqqət yetirmək lazımdır. Məsələn, qolu sınır qəzəblənir, halbuki yaxşı xəstəxanaya gedir, həkimlər şəfa tapmasına vəsilə olur, qohumları gəlmişdir, dostları sevir, sevinəcəyi şükür edəcəyi çox şey var, lakin bunları görə bilmir. Çətinlik anında şükür etməyi unutmaq vicdan qüsurudur. Asanlıqda şükür edib çətinlikdə ümidsizliyə qapılıb şükürü tərk etmək çox ayıbdır. Şükürü tərk etmək səhvi insanların Allah ilə münasibətlərini korlayan dünyada nemət sahibi olmalarına mane olan mühüm səhvdir.

(A9 TV; 2 yanvar 2018)

İnsanların Allaha qarşı çıxması çox böyük vəfasızlıq və böyük faciədir. Allahın qədrini layiqincə qiymətləndirə bilməmək dəhşətli haldır. Allahın böyüklüyünü müəyyən dərəcəyə qədər anlayır və düşünürlər. Allahın gücünü məhdud olaraq bilirlər. Allah içimdən keçəni bilər, lakin hər şeyi etməz deyə düşünürlər. Allahı dərk etmədikləri üçün bu haldadırlar. Bu məsələ üzərində çox əhəmiyyətlə dayanmaq lazımdır. İnsanların Allahı dərk edə bilməmələri çox ürküdücüdür.

(A9 TV; 2 yanvar 2018)

Qadınların həyatında hər yerdə nəzarətçilər var. Küçə nəzarətçiləri, ev nəzarətçiləri, iş nəzarətçiləri, hamısı ayrı-ayrı qadına necə yaşamasını öyrədir. Gülməməlisən, əylənməməlisən, baxımlı olmamalısan deyirlər. Bunların çoxu şeytanın təsiri altındakı nəzarətçilərdir. Qadınların üzərindəki bu şeytani nəzarətçilərin təzyiqini aradan qaldıracağıq inşaAllah.

(A9 TV; 2 yanvar 2018)

Himayədarlıq sistemi İslamın əsas mövzularından biridir. Himayədarlıq sistemi olduğu zaman, hər kəs bütün cəmiyyət tərəfindən sığortalanmış olar. Anadoluda bu cüzi olaraq qalmışdır. Məsələn, Əhməd əmi xəstələndi deyilər, hər kəs səfərbər olar. Biri avtomobilini gətirər, biri xəstəxanaya aparar, biri yeməyini bişirər, biri uşaqlarına baxar. Heç kəs tək qoyulmaz. Bu İslamdakı himayədarlıq sisteminin kiçik nümunəsidir. Tək halda yemək yemək yoxdur. Süfrə hər kəsə açıqdır, saat gec oldusa o insan evinə qayıtmaz orada qalar. Bunlar himayədarlıq sistemindən qalan gözəl nümunələrdir. Allah bizi himayədarlıq sistemi ilə yaşayacaq şəkildə yaratdı. Himayədarlıq sistemi aradan qalxdığı üçün insanlar tənhalığın dəhşətini və gələcək qorxusunu yaşayırlar.

(A9 TV; 2 yanvar 2018)

Bir fəlsəfəsi, idealı olmayan, yeganə məqsədi Ərdoğan əleyhinə çıxmaq olan bir hərəkat zəif və boş struktur olar. Belə hərəkata millət dəstək olmaz. Millət Tayyib hocamın səmimiyyətini görür, öz övladı kimi bağrına basır. Dünyaya baxış prizmanız necədir, idealınız nədir, millətə təqdim etdiyiniz nədir, dediyimiz zaman təkcə; “Tayyib Ərdoğan getsin” deyirlər. Heç bir məqsədi olmayan hərəkatı millət heç vaxt sahiblənməz. Tayyib hocam 2019-cu ildə də, 2023-cü ildə də, sonra da bu millətin başında olacaq, Allahın icazəsi ilə.

(A9 TV; 2 yanvar 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)