Türkiyədə digər ölkələr, digər millətlər az sevilir. Sən Allahın digər qullarını sevmirsənsə, onda Türkiyəni də sevməzsən. Səmimi ol. Suriyalını, ərəbi, yunanlını, rusu, iranlını, avropalını, amerikalını sev. Hamısı Allahın quludur, rəngarəng nə gözəl. Allah onu bir nemət olaraq yaratmışdır.

(A9 TV; 30 noyabr 2014)

Dünyəvilik dini susdurmaq deyildir. Dinin istifadə edilməsi də deyil. Dinin səmimi şəkildə yaşanmasıdır. Bir siyasətçi içindən gəldiyi kimi Allah haqqında danışmaq istəyirsə danışsın, dindən danışmaq istəyirsə danışsın.

(A9 TV; 30 noyabr 2014)

Şamda böyük bir qırğın hazırlığı gedir. Şamı boşaltsınlar. Sözümə qulaq assınlar. Daha əvvəl qulaq asmadılar, hamısı qətlə yetirildi. İŞİD Şama basqın edəcək. Orada bir sağ adam belə buraxmayacaqlar. Hamısını doğrayacaqlar. Oranı boşaltsınlar. Sonra demədi deməsinlər. Əvvəldən deyirəm.

(A9 TV; 30 noyabr 2014)

Gözəlliyi göstərən Allah, bir görüntü olaraq göstərir. Bütün hamısı Allaha aiddir, sevdirən Allahdır, göstərən də Allahdır. Bütün sevgini Allaha yönəlt. Allahı sevmir amma insanı sevir, ondan sonra da “vay yandım” deyə başlayır.

(A9 TV; 30 noyabr 2014)

CHP Atatürkün anlayışını mənimsəsin. CHP Atatürkün sevgi, dostluq, qardaşlıq, birlik anlayışı, Türk-İslam Birliyi, İslam Birliyi anlayışı, Türk dünyasının birləşməsi anlayışı, Qurana sevgi anlayışı, qadına və sənətə baxışını yaxşı şəkildə mənimsəsin. Əgər bu olsa, CHP-nin səy göstərməsinə ehtiyac qalmaz, onsuz da millət dərhal onu bağrına basar.

(A9 TV; 29 noyabr 2014)

Rusiya-Türkiyə əvvəldən bəri dostdurlar, bundan sonra da dost olaraq qalacaqlar. Qarşılıqlı sevgimiz çox güclüdür. Bundan ötrü də ticarət əlaqələrimizin güclü olduğunu güman edirəm. Amma ticarət bizim üçün ikinci yerdə gəlir. Sevgi, dostluq, qardaşlıq və qarşılıqlı etibar ən əhəmiyyətli mövzulardır.

(A9 TV; 29 noyabr 2014)

Risalə-i Nuru əvvəldən axıra qədər oxuyub tamamilə başa düşən biri mükəmməl bir məntiqə sahib olur. Tam fərqli bir insan olur. Mühakiməsi, qərarı, təvəkkülü. Amma Risalə-i Nuru çox yaxşı bilməlidir, mənimsəməlidir, başa düşməlidir.

(A9 TV; 29 noyabr 2014)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)