Kürdlərin əsl dostu möminlərdir. Kürd qardaşlarımızı çox sevirik.
(A9 TV; 27 noyabr 2014)
Sən özünü bilirsənsə, deməli, Allahı da bilirsən.
(A9 TV; 26 noyabr 2014)
Türkiyəni parçalamağa çalışmaq nə deməkdir? Mehdiyyətə meydan oxumaq deməkdir. Mehdiyyətə meydan oxuyan həlak olar.
(A9 TV; 26 noyabr 2014)
Millət vəkili səhv bir şey etsə, bir daha onu seçmərik. “Olan olub keçən keçib” demərik, seçki keçirərik, vəkillik vəzifəsini əlindən alarıq. Hökmran olan millətdir.
(A9 TV; 26 noyabr 2014)
Sevmək üçün Allah qorxusu, Allah sevgisi lazımdır. Ət, sümük sevilməz; Allahın təcəllisi sevilər. Əgər ölüb gedəcək, yox olacaq bir varlıq kimi düşünürsənsə, onda nəyini sevməlisən? Əbədi olan sevilər. Əbədi olan Allahdır, Allahın təcəllisi olaraq sevə bilərsən.
(A9 TV; 26 noyabr 2014)
Türkiyəni dağıtmağa çalışan bir nəfər varsa, deməli O, dünyanı dağıtmağa çalışmışdır. Buna izin vermərik. Allah qorusun, bu Türkiyədə ümumi bir üsyanın baş verməsi deməkdir. Daş üstündə daş qalmaz. Bu millətə ediləcək ən böyük bir təhqir olar.
(A9 TV; 26 noyabr 2014)
PKK-nın əfv olunması demək, onun sərbəst buraxılması deməkdir, Mehmetçiyin, polisin öldürənin sərbəst olması deməkdir. “Cənub-Şərq bölgəsində müstəqil dövlət yaradacaq, Abdullah Öcalanı da onun başçısı edəcəyik” deyir. Ondan sonra vətən, millət, bayraq heç bir şey qalmaz. Ləyaqət, şərəf, namus da qalmaz.
(A9 TV; 26 noyabr 2014)
Müsəlmanlar dəccaliyyətə qarşı təcili surətdə xristianlarla ittifaq yaratmalıdır, yəhudilərlə ittifaq yaratmalıdır. Müsəlmanlar xristianlarla sıx əlaqədə olmalıdırlar.
(A9 TV; 25 noyabr 2014)
Müsəlmanlar dindar xristianlarla ittifaq yaratsın. Yoxsa dəccal həm müsəlmanları, həm yəhudiləri, həm də xristianları əzəcəkdir. Müsəlmanları, xristianları, yəhudiləri, bir sözlə, heç kimi sağ buraxmamağı düşünürlər.
(A9 TV; 25 noyabr 2014)
Qatı dinçi insanlarda sevgidən əsər-əlamət yoxdur, mərhəmət, şəfqət, dostluq, yoldaşlıq yoxdur. Birlik, bütövlük düşüncəsi belə yoxdur. Bunlar daim Mehdi (ə.s) əleyhdarı, İsa Məsih əleyhdarıdırlar. Kommunizm və darvinizm qarşısında boyun əymiş vəziyyətdədirlər. PKK-ya da təslim olmuşlar, yaman qorxaqdırlar.
(A9 TV; 25 noyabr 2014)





