Prezident sistemi həmişə böyük xalq üsyanları, böyük müharibələr nəticəsində dağılır. Parlamentli sistemlərə heç bir şey olmur. Prezident sistemləri Yaxın Şərqdə daim dağıldı. Amerikada da baş bəlası oldu. Yəni prezident sistemi bərəkətli bir yol deyil, uğursuz bir yoldur. Bu işə girməyək.

(A9 TV; 29 noyabr 2014)

Risalə-i Nur çox mükəmməl kitabdır. Risalə-i Nur mütləq hər gün oxunmalıdır. Hər yerdə ortalarda olsun. Qurandan, Risalə-i Nurdan, Tövrat və İncilin haqq olan hissələrindən istifadə etmək lazımdır.

(A9 TV; 28 noyabr 2014)

Abdullah Öcalanı sərbəst buraxmağa çalışacaq adama Allah hidayət versin. Hidayət tapmayacaqsa, Allah həlak etsin. Abdullah Öcalanı sərbəst buraxmağa çalışacaq, yəni onu bağışlayıb, azad etməyə çalışacaq adamı Allah həlak etsin! Kim vəsilə olmağa çalışarsa, Allah onu məhv etsin.

(A9 TV; 28 noyabr 2014)

Qadının hər yerdə ən azı kişilər qədər güc və say etibarilə çox olması, AK Partiyası tərəfindən dəstəklənilməlidir. Məsələn, məclisdəkilərin ən azı yarısı qadın olsun. Dövlət idarələrində işləyənlərin ən azı yarıya qədəri qadın olmalı və qadınlara üstünlük verilməlidir.

(A9 TV; 27 noyabr 2014)

Qadın sevgi, mərhəmət, şəfqət hisslərində, keyfiyyət və gözəllik xüsusiyyətlərində üstündür. Qadınlar çox diqqətcil və çox ağıllı bir varlıqdır. Kişilər daha səthi, daha sadə düşünürlər. Qadın olduqca hərtərəfli düşünür və sənət, gözəllik, estetika qabiliyyəti və bunlara olan meyli kişidən çox güclüdür.

(A9 TV; 27 noyabr 2014)

Sən İsrailə qarşı nifrət bəsləməyi öyrətsən, İslam aləmi də bir-birinə nifrət bəsləməyi öyrənər. Sən hz. İbrahim (ə.s)-ın övladlarını sevə bilməsən, onda müsəlmanları necə sevəcəksən? Hz. Musa (ə.s)-ın övladlarını sevməlisən. Yunanı, katoliki, protestantı sevməlisən ki, müsəlmanları da sevə biləsən. Hamısı Allahın qullarıdır.

(A9 TV; 27 noyabr 2014)

Cənub-Şərq bölgəsində heç kim PKK-nı dəstəkləmir, PKK-lını adam yerinə belə qoymurlar. Adam iyrənir, amma silahına hörmət qoyur. Yalnız silahına hörmət bəsləyir, silahından qorxur, silahı qarşısında əyilir, məsələ budur.

(A9 TV; 27 noyabr 2014)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)