Bütün dünya müsəlmanlarının 99%-i olduğu kimi İŞİD-çilər də şirk və xəstəlik içindədirlər. Nöqsanlara, səhvlərə yol verirlər. Bütün müsəlmanlar, o cümlədən İŞİD və Taliban da, hamısı hz. Mehdi (ə.s) vəsiləsiylə bu bəladan, bu xəstəlikdən xilas olacaq.

(A9 TV; 1 dekabr 2014)

Taleyə görə İŞİD qələbə çalacaq bir təşkilatdır. Yəni onların taleyi qalibiyyətdir. Hədislərdə elə keçir. Hər yeri ələ keçirəcəklər, hər yerə hakim olacaqlar. Ən sonunda hz. Mehdi (ə.s)-a tabe olacaqlar. Artıq qan axmayacaq.

(A9 TV; 1 dekabr 2014)

Qatı dinçi ayrıdır, müsəlman ayrıdır. Şirk qoşan ayrıdır, şirk qoşmayan müsəlman ayrıdır. Mən şirk qoşanı tənqid edirəm. Özü də bilmədən müşrik olanı tənqid edirəm. Qatı dinçi olanı tənqid edirəm. Müsəlman Qurana tabe olana deyilir.

(A9 TV; 1 dekabr 2014)

İslam dini vəhşilik dini kimi göstərilir. Ona görə bu antipatiya meydana gəlir. Deyirlər ki, “İslamofobiya”dır. Dəhşətə fobiya vardır, vəhşilikdən qorxur insanlar. Bir vəhşilik sistemindən bəhs edirsən, İslam deyə tanıdırsan. Vəhşiliyin adını İslam qoymusan. İslam dinində şəfqət, mərhəmət, sevgi, sənət, estetika, elm, gözəllik hər şey vardır.

 (A9 TV; 1 dekabr 2014)

Müsəlmanlar sənətə, musiqiyə, qadınların dekolte geyinməsinə qarşı çıxdıqlarına görə, avropalılar da artıq bunlardan bezir. Heykələ, portretə, musiqiyə, əyləncəyə, qadınların gülməsinə, küçəyə çıxmasına, dekolte geyinməsinə, kişinin saqqalını kəsməsinə qarşı çıxırlar və verdikləri cəzalar da həmişə ölümdür.

(A9 TV; 1 dekabr 2014)

Türkiyə müasir bir ölkə olduğunu yaxşı şəkildə vurğulamalıdır. Qadın hüquqlarını olduqca yaxşı şəkildə qoruyan, sənəti, gözəlliyi, estetikanı, elmi müdafiə edən demokratik bir ölkə olduğumuzun yaxşı şəkildə vurğulanması lazımdır. Qatı dinçiliyə meyilli bir ölkə şəkli meydana gəldi. Bunu tamamilə aradan qaldırmalıyıq.

(A9 TV; 1 dekabr 2014)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)