Hal-hazırda PKK bir sahə tədqiqatı aparır. Çünki bunların izahat verməsi, təbliğat aparması üçün sakit bir mühitə ehtiyac vardır. Polis, jandarma müdaxilə etməməlidir. Adamlar çayxanalarda, küçələrdə, dağlarda, daşlarda siyasi təbliğat, kommunizm təbliğatı aparırlar.

(A9 TV; 1 dekabr 2014)

Təkcə PKK var, tək bir rəhbərlik var; Abdullah Öcalanın rəhbərliyi var, bu qədər. “Silahı yerə qoyacaqlar”, “dağdan enəcəklər”, bunlar xalqı səhv məlumatlandırıb vaxt qazanmaq üçün deyilən sözlərdir. Həmin müddətdə PKK inkişaf edir. Məsələn, vilayətdə hakimiyyəti ələ keçirir, məhkəmələr yaradır, vəzifələrə icra hakimi təyin edir.

(A9 TV; 1 dekabr 2014)

Dövlət bizə TRT 6 və ŞEŞ TV kanallarını açmalıdır. Biz konfrans keçirməklə nəhəng Cənub-Şərq bölgəsini, Anadolunu xəbərdar edə bilmərik. Dövlətin professorları, dosentləri var. Biz məlumatı verək, onlar da çıxıb izah etsinlər. Bunun başqa yolu yoxdur.

(A9 TV; 1 dekabr 2014)

Dəccaliyyət Türkiyədə bir dəccal sistemi qurub, bütün Yaxın Şərqi, dəccalaşdırdığı insanların əli ilə məhv etməyi düşünür. Bu müddət ərzində Amerika əsgərini, Avropa əsgərini istifadə etmək istəmir. Kommunistləşdirdiyi Yaxın Şərq xalqlarını öz insanlarına qarşı istifadə etmək istəyir.

(A9 TV; 30 noyabr 2014)

Cümhuriyyət hökumətini və dövləti dağıtmağa çalışan bir sistem var; PKK-nın xüsusiyyəti budur. Məqsədin məlumdur; dövləti dağıtmaq. Onun yerinə kommunist bir dövlət yaratmaq. Cənub-Şərq bölgəsini parçalamaq, qalan yerləri də işğal etmək. Abdullah Öcalanın düşüncəsi Marksist, Leninist, Stalinist bir düşüncədir.

(A9 TV; 30 noyabr 2014)

Bütün millətlər sevilərsə, hər millət rahatlıq tapar. Amma mən bir millətə zülm edəcəyəm desən, bütün millətlərin üzərinə zülmün qapısı açılar, olmaz belə şey. Sevirsənsə hamını sevərsən, sevmirsənsə heç kəsi sevməzsən.

(A9 TV; 30 noyabr 2014)

Türkiyədə İsrailə verilən qarşılıq, nifrət 80%-ə çatmışdır. Dəhşətli bir göstəricidir. Bu dərhal düzəldilməlidir. Siyasətçilərimizin də bu mövzuda mülayim, gözəl, sevgi dolu çıxışları çox faydalı olar. Digər ölkələri sevən bir millət olmalıyıq. Əksi bizə yaraşmaz.

(A9 TV; 30 noyabr 2014)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)