PKK silahı yerə qoyduğu təqdirdə məhv olar, yaşaya da bilməzlər. Qarşılarına çıxan hər kəs onları tapdalayar. Silahlı olduqlarından ötrü bir çox insan onlara hörmət qoyur. Silahı yerə qoyduğu təqdirdə İŞİD də, Suriya da başına çıxar, hamı başına çıxar. Bunu bilirlər. Çünki ideologiyaları bərbaddır, cinayət fəlsəfəsi var.

(A9 TV; 3 dekabr 2014)

Müsəlmanların birləşməsi üçün Mehdi (ə.s) lazımdır. Heç kim sünni bir alimin ətrafında birləşməz. Heç kim şiə və ya vəhhabi bir alimin ətrafında birləşməz; amma İmam Mehdi (ə.s) ətrafında birləşər. Birləşə bilsəydilər yüz ildən bəri birləşərdilər.

(A9 TV; 2 dekabr 2014)

Əgər sevgi olmasa, Allah qorxusu olmasa, mərhəmət olmasa, onda 2015-ci ilin dəhşətlərin, ağrıların yaşanacağı bir il olacağı məlum olur. Allah mehdiyyətə tam mənası ilə diqqət çəkincəyə qədər bu hadisələr baş verməyə davam edəcək. İnsanların mehdiyyəti bir qurtuluş olaraq görəcəyi günə qədər bu davam edəcəkdir.

(A9 TV; 2 dekabr 2014)

PKK-nın dininə yönəlmək lazımdır. Bunların dini nədir? Darvinizmdir. Onda biz də bunların dininə yönələk. Darvinizmin etibarsızlığının gənclərə izah edilməsi lazımdır. Bu ən əhəmiyyətli mövzudur.

(A9 TV; 2 dekabr 2014)

Öz aləmlərində kürd qardaşlarımızın əleyhində, onları təhqir etmək məqsədiylə yazdıqları hər şey qayıdıb özlərinə gələr. Qızıla heç bir şey təsir etməz. Kürd qardaşlarımız qızıldır. Murdar adamların əleyhlərində danışmaları kürd qardaşlarımıza zərrə qədər belə təsir etməz. Onların igidliyi və üstünlüyü hər kəs tərəfindən qəbul edilmişdir.

(A9 TV; 2 dekabr 2014)

Vətəndaş Cənub-Şərq bölgəsində zibildən iyrəndiyi kimi PKK-dan da iyrənir. Kürd qardaşlarımız çox şərəflidir, çox qürurludur, heysiyyətlərinə çox önəm verirlər. Bir adam onu təhdid etdikdə bu ona çox ağır gələr. Dövlət mənim qürurlu, başıuca, cavan, qoçu qardaşlarıma bu əziyyəti verməsin.

(A9 TV; 2 dekabr 2014)

Cənub-Şərq bölgəsində PKK-lıları demokratiya naminə, azadlıq naminə özbaşına buraxmaq torpaq itkisinə səbəb olar və bölgədə vətəndaşın əzilməsinə gətirib çıxarar. Vətəndaş kommunist olmadığı halda “kommunistəm” deyir. PKK tərəfdarı olmadığı halda “PKK”lıyam deyir, bu çox böyük bir əziyyətdir.

(A9 TV; 2 dekabr 2014)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)