İsrailin Türkiyə ilə olan dostluq əlaqəsi əhəmiyyətlidir. Türkiyə açar mövqedə olan bir ölkədir. Yəhudi qardaşlarımız buraya gəlsinlər. Burada bir dostluq mühiti yaradılsın. Simvolik dostluqlar çox güclü təsir oyandırar. Çox böyük nəticə verər.
(A9 TV; 5 dekabr 2014)
Allah Moşiyahın zühur etməsini istəyir. Mehdi (ə.s)-ın zühur etməsini istəyir. Bu Tövratda çox əhəmiyyətli bir məqam olaraq qeyd olunur. Hədislərdə çox əhəmiyyətli bir məqam olaraq qeyd olunur. Allah dünyanı hal-hazırda Moşiyah-Mehdi (ə.s)-a görə dizayn edir.
(A9 TV; 5 dekabr 2014)
Türkiyə İŞİD-ə qoşulmaq üçün əlverişli bir yer deyil. Türkiyənin polis və jandarma qüvvələri çox diqqətcildir, həmçinin kəşfiyyatı da güclüdür. Türkiyədə terrora qarşı qərarlı bir siyasət yürüdülür. Amma İŞİD-ə qoşulmaq üçün Suriya olduqca əlverişli bir yerdir, Livan, İraq, dəniz yolu da əlverişli yerdir. İŞİD-ə qoşula bilmək üçün yüzlərlə, minlərlə yol vardır. Türkiyə əlverişli olan ən axırıncı yoldur.
(A9 TV; 5 dekabr 2014)
Allah üçün cinayət törədilməz. Cinayət İslam dininin qanunlarına görə cəzası əbədi cəhənnəm həyatı olan çox böyük bir günahdır. Bu ağlı başında bir müsəlmanın edəcəyi bir şey deyil. Bunu ancaq qəddar ruhlu, qatil ruhlu, psixopat ruhlu bir insan edə bilər.
(A9 TV; 5 dekabr 2014)
PKK silah sayəsində hörmət qazanır. Silahı yerə qoyduğu vaxt, hörmətini itirər. Bir çox insanın PKK barəsində təriflə, diqqətlə, hörmətlə danışmasının tək səbəbi; PKK-nın silahıdır. PKK silahı yerə qoyduğu vaxt fövqəladə dərəcədə alçaldılar. Onsuz da kürd qardaşlarımız bunlardan nifrət edir, əllərindən təngə gəldilər, o dəqiqə qovarlar.
(A9 TV; 4 dekabr 2014)
Amerika özünün klassik, yüz illik zorakılıq siyasətini dəyişdirməlidir. Sülhsevər, mehriban olmalı, İncilin ruhundakı o insanlara şəfqətlə yaxınlaşan ruhu böyük bir həvəslə, qətiyyətlə tətbiq etməlidirlər.
(A9 TV; 4 dekabr 2014)
İŞİD-ə qarşı bir əməliyyat həyata keçirilməyə cəhd edilərsə, qanunla və hüquqla dünyanı başlarına yıxarıq. Biz burada cinayət hadisəsinin baş verməsini istəmirik. Türkiyəni cinayət hadisəsinə şərik etməyə çalışarlarsa, bu bir əxlaqsızlıq olar.
(A9 TV; 3 dekabr 2014)
İŞİD-ə qarşı əməliyyat prosesinə daxil olarlarsa, bunu qəbul etmərik. Biz Türkiyənin cinayət törətməsinə izin vermərik. Amerika dərin dövləti ilk növbədə bu nəzakətsizlikdən əl çəksin. Müsəlmanların öldürülməsinə izin vermərik. Bizi qətiyyən çirkin işlərə bulaşdırmağa çalışmasınlar.
(A9 TV; 3 dekabr 2014)
PKK hərəkatı bir dəccal hərəkatıdır. Allah dəccal yaratdı və əleyhdarını yaradır; Mehdiyyət hərəkatı. Hal-hazırda dəccaliyyətlə mehdiyyət arasında toqquşma baş verir. Allah “hizbul qalibun”, “Allah hizbi qalib olandır” deyir. Dəccaliyyət mütləq çökər.
(A9 TV; 3 dekabr 2014)
PKK Yaxın Şərqin ən böyük mafiya qruplaşmasıdır, Abdullah Öcalan isə bu qruplaşmanın başçısıdır. Hal-hazırda dünyada onun kimi bir mafiya lideri yoxdur. Abdullah Öcalan bir mafiya atasıdır.
(A9 TV; 3 dekabr 2014)





