Tayyib hocam Mehdi (ə.s)-a zəmin hazırlayan bir insandır. Mənim qənaətimə görə, mehdiyyət dövründə də prezident vəzifəsində qalmağa davam edəcək. Çünki ideal bir idarəçi, ideal bir insandır. Buradan, baş nazirin də mehdiyyət dövründə baş nazirlik vəzifəsində qalmağa davam edəcəyi aydın olur. Yəni mən belə hiss edirəm. Çünki çox qabiliyyətli, çox alicənab, etibarlı bir insandır.
(A9 TV; 7 dekabr 2014)
Mehdi (ə.s)-a üç dəfə beyət ediləcək. Birincisi İstanbulda, ikincisi Məkkədə, üçüncüsü Qüdsi Şərifdə ediləcək. Qüdsdəki beyətdə Mehdi (ə.s) İsa Məsihi çağıracaq. “Can təhlükəsizliyin təmin ediləcək. Çıx ortaya” deyəcək. Ondan sonra İsa Məsih (ə.s) öz tələbələrindən ibarət bir heyətlə təbəssüm edərək gələcək.
(A9 TV; 7 dekabr 2014)
Fikir gözəldir, azadlıq gözəldir, tənqid gözəldir amma nəzakətlə edildiyi təqdirdə. Danışığını itirdiyi təqdirdə qanun və hüquq danışığını düzəldər.
(A9 TV; 6 dekabr 2014)
Hökumətin onurğa sütunu, təməl quruluşu, yerləşdiyi quruluş dindar camaatlardır.
(A9 TV; 6 dekabr 2014)
İnsanlar bir mədəniyyət kimi xristianlıq, yəhudilik və müsəlmanlığı bilməlidir. Ələviliyi, bektaşiliyi, şiəliyi bilməlidir. Bilmirsə, bu bir cahillikdir, çatışmazlıqdır.
(A9 TV; 5 dekabr 2014)
Müvəffəqiyyəti Allah meydana gətirər. Müsəlmanları barışdırmaq fərzdir. Biz sonuna qədər çalışacağıq. Bu həftə olmasa növbəti həftə olar. Növbəti həftə olmasa o birisi həftə olar. Yəni bir şəkildə olar. Səy göstərmək lazımdır. Ümidi kəsib bir kənara çəkilmək olmaz.
(A9 TV; 5 dekabr 2014)
Moşiyahın, Mehdi (ə.s)-ın zühurunu bütün İslam aləmi, bütün yəhudilər qəbul edəcəklər. Xristianlar da qəbul edəcək və fövqəladə sülh və qardaşlıq mühiti hakim olacaq. Amma Allahla olan əlaqə çox əhəmiyyətlidir. İnsanlar Allahla olan əlaqələrini kəsdikdə, dünya yaşanmalı yer olmaz.
(A9 TV; 5 dekabr 2014)
Hz. Süleyman (ə.s)-ın müqəddəs əmanətləri, hz. Musanın sandığı tapılacaq. Müqəddəs sandıq müsəlmanların, yəhudilərin və xristianların da olduğu bir mühitdə açılacaq. Çox böyük hadisələr yaşanacaq. İnsanlar buna hazırlıq görsünlər.
(A9 TV; 5 dekabr 2014)
Əgər din əhəmiyyətli görünməzsə, Moşiyah əhəmiyyətli görünməzsə, Allah da nə demək istədiyini insanlara zorakılıq göstərərək başa salar. Amma insanlar Allahın dediyini səmimi surətdə başa düşərlərsə, Allaha etibar edərlərsə, Moşiyahına, yəni Mehdisinə etibar edərlərsə xoşbəxtlik və dinclik hakim olar.
(A9 TV; 5 dekabr 2014)
Necə ki, Osmanlıların hakimiyyəti dövründə yəhudilərlə dost olmuşuqsa, hal-hazırda da dost olduğumuzu vurğulayan gözəl səylər göstərilməsi, işlər görülməsi yaxşı nəticə verər.
(A9 TV; 5 dekabr 2014)





